Qafqaz Müsəlmanları İdarəsinin sədri Nyu-YorkdaVicdana çağırışFondunun yubiley tədbirində iştirak edib

 

Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PaşazadəVicdana çağırışBeynəlxalq Fondunun 50 illik yubileyinə həsr olunan mərasimdə iştirak etmək üçün bu təşkilatın təsisçisi prezidenti Ravvin Artur Şnayerin dəvəti ilə ABŞ-ın Nyu-York şəhərində səfərdə olub.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yubiley mərasimindən əvvəl Allahşükür Paşazadə Artur Şnayer ilə görüşüb. Görüşdə müxtəlif mövzulara, xüsusilə dinlərarası dialoqa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri mərasimə dəvət olunan bir sıra tanınmış dövlət din xadimləri, o cümlədən BMT baş katibinin müavini Yan Eliasson, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, ABŞ-ın yunan-pravoslav kilsəsinin rəhbəri, arxiyepiskop Demetrios, Finlandiya, İsveç digər ölkələrin rəsmiləri ilə görüşlər keçirib.

Vatikanın Vaşinqtondakı nümayəndəsi kardinal Mak Karrik ilə görüş zamanı şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tac ilə ölkəmiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. QMİ sədri dinlərarası dialoq sahəsində əlaqələri genişləndirmək məqsədilə Vatikan kardinalı Mak Karriki Azərbaycana səfərə dəvət edib. Azərbaycandakı nümunəvi multikulturalizm tolerantlıq mühiti haqqında çox eşitdiyini bildirən kardinal Mak Karrik dəvəti məmnuniyyətlə qəbul etdiyini tezliklə Bakıya səfər etmək niyyətində olduğunu deyib.

İkitərəfli görüşlər çərçivəsində A.Paşazadə, həmçinin Amerika erməni kilsəsinin başçısı arxiyepiskop X.Barsamyan ilə görüşüb. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinin tapılması istiqamətində dini liderlərin səylərinin əhəmiyyəti görüşlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Fondun yubiley mərasiminin Nyu-Yorkda BMT Baş Məslisinin açılışı ərəfəsində keçirilməsi tədbirin önəmini xüsusilə artırırdı. Şeyxülislam A.Paşazadə BMT Baş Məclisinin bir çox nümayəndələrinin qatıldığı tədbirdə çıxış edib. ƏvvəlcəVicdana çağırışFondunun yarım əsrlik yubileyi münasibətilə təbriklərini səsləndirən QMİ sədri bu nüfuzlu təşkilatın başçısı Ravvin Artur Şnayeri uzun illərdən bəri dünyada sülh uğrunda, millətlər dinlər arasında tolerantlığın, bəşəriyyətin ümumi rifahı naminə ardıcıl fəaliyyət göstərən şəxsiyyət kimi səciyyələndirib. O, A.Şnayerin Azərbaycana olan dost münasibətindən, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquqa əsaslanan ədalətli həlli istiqamətində qüvvə səylərini səfərbər etməsindən, eləcə şəxsən ünsiyyət imkanına malik olduğu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə bəslədiyi dərin ehtiram hissindən söhbət açıb.

Şeyxülislam A.Paşazadə Azərbaycan reallıqlarını mötəbər auditoriyaya çatdıraraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını, söz etiqad azadlığının, tolerantlıq, multikulturalizm mühitinin hökm sürməsini, burada ksenofobiya, antisemitizm təzahürlərinin olmadığını qeyd edib. O bildirib ki, Azərbaycanda məscidlərlə yanaşı, kilsələr sinaqoqlar tikilir, təmir edilir, ənənəvi dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Şeyxülislamın belə nümunəvi mühitin qorunub saxlanılması dəstəklənməsinin ölkə rəhbərliyinin apardığı siyasətin ayrılmaz tərkib hissəsi, eyni zamanda, xalqın həyat tərzi olduğu barədə fikirləri mərasim iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Çıxışın sonunda A.Paşazadə dünyadakı münaqişə terror qurbanlarının, o cümlədən Qarabağ müharibəsi şəhidlərinin, habelə 11 sentyabr faciəsi qurbanlarının ruhuna dua edib.

Vicdana çağırışFondunun fəaliyyətinin Azərbaycan dövləti tərəfindən rəğbətlə qarşılandığını qeyd edən A.Paşazadə bütün mərasim iştirakçılarına Azərbaycan xalqının dövlətimizin başçısının salamlarını çatdırıb.

Nyu-Yorkda keçirilən görüşlərdə şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov müşayiət edib.

Qeyd edək ki, yarım əsrlik müddət ərzində müxtəlif din ardıcılları arasında sözdə əməldə tolerantlıq, məhəbbət, qarşılıqlı ehtiram ideallarını uğurla təbliğ təşviq edən, dünyanın tanınmış dünyəvi liderləri din xadimlərinin, nüfuzlu siyasətçilərin, dövlət adamlarının bir araya gəldiyi Fondda yeganə müsəlman din xadimi Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadədir. A.Paşazadə Fondun xətti ilə hər il dünya miqyasında böyük xidmətlərə malik nüfuzlu şəxsiyyətlərəİlin adamımükafatının təqdim olunması münasibətilə təşkil edilən təntənəli mərasimə dəvət alır.

 

Azərbaycan.- 2015.- 29 sentyabr.- S. 11.