“Azərbaycan Respublikasının
dövlət təbiət
və biosfer qoruqlarının ümumi
Əsasnaməsi”nin və
“Azərbaycan Respublikasının
milli parklarının
ümumi Əsasnaməsi”nin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanını “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1224-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 468; 2008, № 6, maddə 500; 2014, № 12, maddə 1556) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 4.1.6-cı yarımbəndində “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.
2. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin 4.2-ci bəndində “idman və həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 30 sentyabr.- S. 1.