“Azərbaycan Respublikasında
tikinti sahəsində
dövlət nəzarətinin
gücləndirilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1264-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 772) 5-ci hissəsində “zolaqları,” sözündən sonra “ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə, o cümlədən” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 30 sentyabr.- S. 1.