ATƏT-in fəaliyyətdə olan sədri Nyu-Yorkda Minsk qrupunun həmsədrləri ilə görüşüb

 

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini, xarici işlər naziri İvitsa Daçiç Nyu-Yorkda Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andre (Fransa), eləcə fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Həmsədrlər İ.Daçiçi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıblar.

İ.Daçiç problemin davamlı həllinə nail olunması münaqişə tərəfləri arasında etimadın qurulması istiqamətində həmsədrlərin fəaliyyətlərini dəstəklədiyini bir daha qeyd edib.

 

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

 

Azərbaycan.- 2015.- 30 sentyabr.- S. 3.