“Elektron kənd təsərrüfatı”
informasiya sistemindən
istifadə
Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 408 Bakı şəhəri,
30 dekabr 2014-cü il
“Aqrar sahədə
idarəetmənin təkmilləşdirilməsi və
institusional islahatların sürətləndirilməsi ilə
bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli
Fərmanının 6.3-cü bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Elektron kənd təsərrüfatı” informasiya
sistemindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408
nömrəli qərarı ilə təsdiq edilmişdir
“Elektron kənd
təsərrüfatı” informasiya sistemindən istifadə
Q A Y D A L
A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Aqrar sahədə idarəetmənin
təkmilləşdirilməsi və institusional islahatların
sürətləndirilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
16 aprel tarixli 152 nömrəli Fərmanının 6.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və üç il müddətində
mərhələlərlə yaradılması nəzərdə
tutulmuş “Elektron kənd təsərrüfatı” informasiya
sisteminin (bundan sonra– EKTİS) təşkili, fəaliyyəti və
digər dövlət informasiya sistemləri və
ehtiyatları ilə inteqrasiyası məsələlərini tənzimləyir.
1.2. EKTİS-nin operatoru (bundan sonra –
operator) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyidir.
1.3. EKTİS Azərbaycan
Respublikasının kənd təsərrüfatı təyinatlı
torpaq sahələri, fermer təsərrüfatları, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına göstərilən dövlət dəstəyi
ilə bağlı tədbirləri, operatorun müvafiq sahədə
vəzifə və funksiyalarının icra prosedurları barədə
məlumatları əks etdirən dövlət informasiya
ehtiyatlarının və təşkilati texniki elementlərin
vahid kompleksidir.
1.4. EKTİS Azərbaycan
Respublikasının mülkiyyətidir.
1.5. EKTİS-nin
iştirakçısı (bundan sonra – iştirakçı)
sahibi olduğu informasiya sistemləri və ehtiyatları
EKTİS-yə inteqrasiya edilmiş və sistem vasitəsilə
məlumat mübadiləsi aparan dövlət qurumudur.
1.6. EKTİS-nin istifadəçisi
(bundan sonra – istifadəçi) kənd təsərrüfatı
məhsulları istehsalçısı, kənd təsərrüfatı
sahəsində fəaliyyət göstərən fiziki və
ya hüquqi şəxs, yaxud dövlət qurumudur.
1.7. EKTİS ilə digər dövlət
informasiya sistemləri və ehtiyatları arasında informasiya
mübadiləsinin aparılması “Elektron hökumət”
portalı vasitəsilə həyata keçirilir.
2. EKTİS-nin fəaliyyət prinsipləri
2.1. EKTİS-nin fəaliyyəti
aşağıdakı prinsiplər əsasında həyata
keçirilir:
2.1.1. fəaliyyətin
səmərəli təşkili və
dayanıqlılığın təmin edilməsi;
2.1.2. kənd təsərrüfatı
sahəsində fəaliyyətin həyata keçirilməsində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron
xidmətlərin məqsədyönlü, səmərəli
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq
edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlərin
göstərilməsi Qaydaları”na
uyğun formada təşkili və göstərilməsi;
2.1.3. təhlükəsizliyin
və məlumatların mühafizəsinin təmin edilməsi;
2.1.4. şəffaflığın
və hesabatlılığın təmin edilməsi;
2.1.5. müraciətlərin
elektron formada qəbulunun, istifadəçiyə onun müraciətinin
alındığı barədə bildirişin göndərilməsinin
və cavablandırılmasının təmin edilməsi;
2.1.6. iştirakçıların
informasiya sistemləri və ehtiyatları arasında “Elektron
hökumət” portalı vasitəsilə məlumat mübadiləsinin
və uzlaşmanın təmin edilməsi.
3. EKTİS-nin strukturu, qeydiyyata
alınan məlumatlar və onların məzmunu
3.1. EKTİS-nin strukturu
aşağıdakı altsistemlərdən ibarətdir:
3.1.1. torpaq sahələrinin
identifikasiyası altsistemi;
3.1.2. kənd təsərrüfatı
məhsulları istehsalçılarının (fermerlərin)
qeydiyyatı altsistemi;
3.1.3. subsidiyalar
altsistemi;
3.1.4. ərizələrin
idarə olunması altsistemi;
3.1.5. təhlil və
hesabat altsistemi.
3.2. EKTİS kənd təsərrüfatı
sahəsində yaradılan aşağıdakı informasiya
sistemləri ilə inteqrasiya olunur:
3.2.1. heyvanların
identifikasiyası və qeydiyyatı sistemi;
3.2.2. lizinq əməliyyatlarının
avtomatlaşdırılması sistemi;
3.2.3. kənd təsərrüfatı
texnikalarının qeydiyyatı sistemi;
3.2.4. kənd təsərrüfatı
subyektlərinin informasiya və monitorinq sistemi;
3.2.5. kənd təsərrüfatı
bazarı məlumat sistemi.
3.3. EKTİS-də
aşağıdakılar barədə məlumatlar əks
etdirilir:
3.3.1. Azərbaycan
Respublikasının inzibati ərazi vahidlərinin və bələdiyyə
torpaqlarının sərhədləri, kənd təsərrüfatı
təyinatlı torpaq sahələrinin kəmiyyət, keyfiyyət göstəriciləri,
kənd təsərrüfatı yerləri (uqodiyalar) və
torpaq istifadəçiliyi barədə məlumatlar, ortofoto
planlar, ərazilərin peyk təsvirləri;
3.3.2. kənd təsərrüfatı
sahəsində dövlət büdcəsinin vəsaiti
hesabına yardım alan və dövlət tərəfindən
tətbiq olunan güzəştlərdən istifadə edən
fiziki və hüquqi şəxslər barədə məlumatlar;
3.3.3. fermer təsərrüfatları,
onların identifikasiya nömrələri;
3.3.4. kənd təsərrüfatı
məhsulları istehsalçılarının adı (fiziki
şəxs olduqda soyadı, adı, atasının adı, fərdi
identifikasiya nömrəsi, hüquqi şəxs olduqda tam
adı, qanuni istifadəçilərinin soyadı, adı və
atasının adı), ünvanı, fəaliyyət istiqamətləri,
əlaqə vasitələri barədə məlumatlar;
3.3.5. istehsalçı
hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxs olduqda, onun vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi (VÖEN-i);
3.3.6. kənd təsərrüfatı
məhsulları istehsalçılarına ayrılan
subsidiyaların növləri, məbləği, ödəniş
tarixləri;
3.3.7. müxtəlif
növ kənd təsərrüfatı heyvanlarının
identifikasiyası üçün istifadə edilən məlumat
və göstəricilər;
3.3.8. kənd təsərrüfatı
texnikasının, texnoloji avadanlıqların, ehtiyat hissələrin,
mineral gübrələrin, pestisidlərin, damazlıq
mal-qaranın alınması, onların hüquqi və fiziki
şəxslərə satılması və bu zaman həyata
keçirilən ödənişlər barədə məlumatlar;
3.3.9. kənd təsərrüfatı
bitkilərinin və məhsullarının növləri,
miqdarı;
3.3.10. subsidiyaların
verilməsi ilə bağlı ərizələr;
3.3.11. kənd təsərrüfatı
məqsədləri üçün istifadə edilən
daşınmaz əmlaklar (torpaq sahələri, tikili və
qurğular);
3.3.12. nəqliyyat və
mühəndis-texniki infrastruktur;
3.3.13. hidroqrafik şəbəkə
(hidroloji struktur) və digər
göstəricilər;
3.3.14. su
ehtiyatları, meşə zolaqları və təsərrüfatdaxili
yollar barədə məlumatlar.
3.4. EKTİS-də saxlanılan
qrafiki məlumatlar ən azı 1:10000 miqyaslı xəritələrin
dəqiqliyinə uyğun olmalıdır.
3.5. Operatorun fəaliyyət
istiqamətləri üzrə məlumatların EKTİS-də
işlənilməsi real vaxt rejimində aparılır.
3.6. EKTİS-yə qoşulma Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118
nömrəli qərarı ilə təsdiq edilmiş “İnformasiya sistemlərinin və
ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət”
portalına qoşulması üçün Texniki Tələblər”lə
müəyyən olunmuş autentifikasiya vasitələrindən
biri ilə həyata keçirilir.
4. EKTİS-nin digər dövlət
informasiya sistemləri və ehtiyatları ilə
inteqrasiyası
4.1. EKTİS ilə digər dövlət
informasiya sistemləri və ehtiyatları arasında məlumat
mübadiləsi real vaxt rejimində həyata keçirilir. Bu
mümkün olmadıqda, məlumatlar EKTİS-yə daxil edilməsi
məqsədi ilə operatora elektrondaşıyıcılarda təqdim olunur.
4.2. Operatorla iştirakçılar
arasında elektron qaydada mübadilə olunan məlumatların
strukturu və tərkibi qarşılıqlı
razılaşdırılır.
4.3. Aşağıdakılar barədə
məlumatların EKTİS-yə təqdim olunması
müvafiq iştirakçılar tərəfindən təmin
edilir:
4.3.1. fiziki şəxslər
(fərdi identifikasiya nömrəsi, soyadı, adı,
atasının adı, yaşayış yeri üzrə
qeydiyyatı, şəxsiyyət vəsiqəsi haqqında məlumatlar,
ölüm tarixi) – Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi;
4.3.2. kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğul olan
vergi ödəyicilərinin adı, VÖEN-i, hüquqi şəxsin
ünvanı və qanuni təmsilçiləri – Azərbaycan
Respublikasının Vergilər Nazirliyi;
4.3.3. respublika və
yerli əhəmiyyətli yollar – Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi;
4.3.4. kənd təsərrüfatı
təyinatlı torpaq sahələrinin dövlət torpaq
kadastrının məlumatları, torpaq sahələrinin
identifikasiya nömrəsi, kəmiyyət və keyfiyyət
göstəriciləri, torpaqların bonitirovkası və
iqtisadi qiymətləndirilməsi, ortofoto planlar, inzibati ərazi
vahidlərinin və bələdiyyə torpaqlarının sərhədləri
barədə məlumatlar, qeyri-kənd təsərrüfatı
torpaq sahələrinin müvafiq məlumatları – Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi;
4.3.5. qanunla müəyyən
edilmiş qaydada ünvanlar, kənd təsərrüfatı məqsədləri
üçün istifadə edilən daşınmaz əmlaklar
(torpaq sahələri, tikili və qurğular), həmin
daşınmaz əmlaklar üzərində qeydiyyata
alınmış hüquqlar, hüquqların
yüklülüyü (məhdudlaşdırılması),
hüquq sahibləri, qeydə alınmış torpaq sahələrinin
ölçüləri – Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi;
4.3.6. su kadastrı məlumatları,
suvarılan torpaq sahələri, meliorasiya və irriqasiya
(suvarma) şəbəkələri, hidrotexniki qurğular,
nasos stansiyaları, subartezian quyuları, şoranlaşma və
şorakətləşmə vəziyyəti barədə məlumatlar–
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti.
4.4. EKTİS müvafiq
qanunvericilik əsasında kənd təsərrüfatı sahəsində
fəaliyyət göstərən digər təşkilatların
informasiya sistemləri və ehtiyatları ilə də inteqrasiya
olunur.
5.
Operatorun funksiyaları
5.1. Operatorun funksiyaları
aşağıdakılardan ibarətdir:
5.1.1. EKTİS-nin fəaliyyətini təşkil
etmək, onun dayanıqlı, təhlükəsiz və fasiləsiz fəaliyyət
göstərməsi üçün təşkilati və
texniki tədbirlər görmək;
5.1.2. iştirakçılardan
alınacaq və ya onlara təqdim ediləcək məlumatların
siyahısını və strukturunu aidiyyəti təşkilatlarla
birlikdə müəyyənləşdirmək;
5.1.3. iştirakçıların
əməkdaşlarına həmin təşkilatların rəhbərlərinin
rəsmi müraciəti əsasında məlumatlara giriş səlahiyyətlərinə
uyğun istifadəçi hüquqları vermək;
5.1.4. iştirakçılara
EKTİS-nin iş prinsipləri və funksional imkanları barədə
məlumat vermək, metodiki köməklik göstərmək;
5.1.5. EKTİS-nin fəaliyyətinin təkmilləşdirilməsi
barədə təkliflər vermək və onların həyata
keçirilməsi üzrə tədbirlər görmək;
5.1.6. EKTİS-də olan məlumatların
mühafizəsi məqsədi ilə aşağıdakı tədbirləri
həyata keçirmək:
5.1.6.1. məlumatlara
icazəsiz girişin qarşısını almaq;
5.1.6.2. məlumatlara
giriş qaydalarının pozulması ilə bağlı xəbərdarlıq
etmək;
5.1.6.3. proqram texniki
vasitələrin fəaliyyətini poza biləcək təsirlərin
qarşısını almaq;
5.1.6.4. icazəsiz
giriş nəticəsində dəyişdirilmiş və ya məhv
edilmiş məlumatların dərhal bərpası
imkanının olmasını təmin etmək;
5.1.6.5. məlumatların mühafizə səviyyəsinin təmin edilməsinə daimi nəzarəti həyata keçirmək;
5.1.6.6. məlumatlara giriş hüquqlarını həyata keçirmək.
6. İstifadəçilərin və iştirakçıların funksiyaları
6.1. İştirakçılar sistemdən yalnız xidməti vəzifələrini həyata keçirmək, istifadəçilər isə fermer təsərrüfatlarının inkişaf etdirilməsi məqsədi ilə operatora müraciət etmək, müraciətlə bağlı məlumatları EKTİS-yə daxil etmək və ondan müvafiq məlumatlar almaq üçün istifadə edirlər.
6.2. İştirakçılar və istifadəçilər onların adından EKTİS-də aparılan bütün əməliyyatlara görə məsuliyyət daşıyırlar.
6.3. Eyni səlahiyyətlərə malik iştirakçılar və istifadəçilər EKTİS-də uyğun qruplarda birləşdirilə bilərlər.
6.4. Operator tərəfindən iştirakçının və istifadəçinin EKTİS-nin məlumatlarına giriş hüquqları aşağıdakı hallarda məhdudlaşdırılır:
6.4.1. bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərə əməl edilmədikdə;
6.4.2. EKTİS-yə qeyri-qanuni daxil olmağa və ya müdaxiləyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqsirli bilindikdə;
6.4.3. bu Qaydalarla müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.
6.5.
İştirakçının və ya onu təmsil edən
vəzifəli şəxsin məlumatlarında dəyişiklik
olduqda (iş yeri, əlaqə vasitələri barədə məlumatlar,
vəzifə və funksiyası dəyişdikdə, əmək
müqaviləsinə xitam verildikdə və s.), bu barədə
onun işlədiyi təşkilat tərəfindən dərhal
operatora məlumat verilir.
Azərbaycan.-2014.- 1 yanvar.- S.5.