Kuba Respublikası Dövlət
Şurasının və Nazirlər
Şurasının Sədri zati-aliləri
cənab Raul Kastro Rusa
Hörmətli cənab Sədr!
Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 26 dekabr
2014-cü il
Azərbaycan.-2014.- 1 yanvar.- S.2.