“Xəzər dənizinin
hidrometeorologiyası sahəsində
əməkdaşlığa
dair” Sazişin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
“Xəzər
dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa
dair” 2014-cü il sentyabrın 29-da Həştərxan şəhərində
imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 dekabr
2014-cü il
Azərbaycan.-2015.- 1 yanvar.- S.2.