“Azərbaycan Respublikası Hökuməti
ilə Tacikistan Respublikası Hökuməti arasında bitki
karantini sahəsində əməkdaşlıq haqqında”
Sazişin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” 2014-cü il oktyabrın 16-da Düşənbə şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr
2014-cü il
Azərbaycan.-2015.- 1 yanvar.- S.2.