Azərbaycan Respublikası Prezidentinin və
Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin
təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin 2014-cü il oktyabrın 16-da Düşənbə şəhərində imzalanmış Birgə Bəyannaməsi təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr
2014-cü il
Azərbaycan.-2015.- 1 yanvar.- S.2.