Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış 2015-2017-ci illər üzrə İş Proqramı təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən İş Proqramının müddəalarının həyata keçirilməsini təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 29 dekabr 2014-cü il

Azərbaycan.-2015.- 1 yanvar.- S.4.