Azərbaycan Respublikasının Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan
Respublikasında Regional Məlumat Mərkəzinin
yaradılması və innovativ
texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2014-cü il
Azərbaycan.-2015.- 1 yanvar.- S.4.