Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 102 nömrəli
qərarı ilə təsdiq edilmiş “Təhlükə
potensiallı obyektlərdə istehsal və
istifadə olunan texniki
qurğulara və avadanlıqlara
sertifikatın verilmə Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 401 Bakı
şəhəri, 26 dekabr 2014-cü il
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 7, maddə 442; 2006, ¹ 9, maddə 822; 2008, ¹ 5, maddə 430; 2009, ¹ 1, maddə 32; 2014, ¹ 7, maddə 927) ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bəndin birinci cümləsindən “vaxtaşırı” və “(zəruri hallarda növbədənkənar)” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Sahibkarlıq subyektlərində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.”.
2. Aşağıdakı məzmunda 3.9-cu bənd əlavə edilsin:
“3.9. Sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı yoxlayıcı orqanın (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 1 yanvar.- S.4.