“Ölçmə vasitələrinin
yoxlanılması Qaydası və yoxlama
nişanına dair Tələblər”in və
“Yoxlama haqqında şəhadətnamənin
forması”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 394 Bakı
şəhəri, 16 dekabr 2014-cü il
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Yoxlama haqqında şəhadətnamənin forması” təsdiq edilsin (2 nömrəli əlavə).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 1 yanvar.- S.5.