“Dövlət Taxıl Fonduna
tədarük edilən taxılın həcminin müəyyən
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 sentyabr tarixli 206 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 406 Bakı
şəhəri, 30 dekabr 2014-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, taxıl istehsalçıları olan qonşu ölkələrdə son dövrlər baş verən iqlim dəyişikliklərinin, həmçinin respublika ərazisində uzun sürən quraqlıq nəticəsində yarana biləcək vəziyyətin əhalinin taxıl məhsulları ilə təminatına birbaşa və ya dolayı təsirinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 sentyabr tarixli 206 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 932) 1-ci hissəsində “500 (beş yüz)” sözləri “750 (yeddi yüz əlli)” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 1 yanvar.- S.5.