Azərbaycanın pravoslav xristian icmasına
Hörmətli həmvətənlər!
İsa Peyğəmbərin
mübarək mövludu
- müqəddəs Milad
bayramı münasibətilə
sizi və Azərbaycanın bütün
xristian icmasını
ürəkdən təbrik
edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Tarixən Azərbaycanda müxtəlif
xalqların və dinlərin nümayəndələri
qarşılıqlı anlaşma
və hörmət şəraitində, əmin-amanlıq,
dostluq və qardaşlıq mühitində
yaşamışlar. Təsadüfi deyil ki, Azərbaycan
dünyada nümunəvi
tolerantlıq örnəyi,
sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik
ölkə kimi tanınır. Bu gün milli-tarixi irsin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişaf
etdirilməsi Azərbaycanda
həyata keçirilən
dövlət siyasətinin
başlıca istiqamətlərindən
biridir.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ayrı-ayrı xalqların
və dinlərin nümayəndələri, o cümlədən
pravoslav etiqadlı həmvətənlərimiz Azərbaycançılıq
məfkurəsi ətrafında
sıx birləşərək,
ərazi bütövlüyümüzün
qorunmasında, vətəndaş
cəmiyyəti quruculuğunda,
respublikamızın inkişafı
və tərəqqisi
naminə aparılan böyük quruculuq işlərində yaxından
və fəal iştirak edirlər.
Özündə yeniliyi, həmrəyliyi
və əmin-amanlığı
təcəssüm etdirən
Milad bayramı xristian icması tərəfindən hər
il ölkəmizdə
yüksək əhval-ruhiyyə
və təntənə
ilə qeyd olunur. Bu əziz
gün münasibətilə
bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə
xoşbəxtlik və
firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar
2015-ci il.
Azərbaycan.-2015.-
6 yanvar.- S.1.