Yaponiyanın “World Investors TV” televiziyası
yeni
ildə
ilk verilişini Naxçıvan
Muxtar Respublikasına həsr edib
Yaponiyanın “World Investors
TV” internet televiziyası yeni
ildə ilk verilişini
Naxçıvan Muxtar
Respublikasının 90 illik
yubileyinə həsr edib.
Yanvarın 5-də AzərTAc-ın Yaponiyadakı
bürosunun təşəbbüsü
ilə canlı olaraq yayımlanmış
verilişdə aparıcılar
Kazuyasu İşida və Hiroko Ueyama Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında tamaşaçılara
məlumat veriblər. K.İşidanın ötən ilin sonunda işıq üzü görmüş
“Yaponların tanımadığı,
sürətlə inkişaf
edən ölkə - Azərbaycan” bələdçi
kitabında bu qədim Azərbaycan torpağı haqqında da ətraflı məlumatların yer aldığı diqqətə
çatdırılıb.
AzərTAc-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevin də iştirak etdiyi verilişdə qeyd edilib ki, Azərbaycanın
ən qədim ərazilərindən olan,
“Şərqin qapısı”
adlandırılan Naxçıvan
dünya sivilizasiyalarının
mərkəzlərindəndir. Azərbaycan xalqı
bu diyarda tarixi çox qədimlərə gedib çıxan zəngin mədəniyyət yaradıb.
Sistemli araşdırmalar sübut
edib ki, Azərbaycanın tərkib
hissəsi olan Naxçıvan 5 min ildən
çox yaşı ilə dünyanın ən qədim yaşayış məskənlərindəndir.
Naxçıvanın “İpək Yolu”
kimi qədim ticarət yollarının
qovşağında yerləşməsi
bu ərazidə sivilizasiyanın inkişafına
təkan verib.
Məhz
bəşər övladının
ilk mədəni nümunələrinin
qorunduğu və Nuhun gəmisinin lövbər saldığı
Gəmiqaya abidəsi,
əsrlərə meydan
oxuyan, yaşı min ildən çox olan Möminə Xatun türbəsi, azərbaycanlıların qəhrəmanlıq
simvolu, 14 il Əmir Teymurun qoşunları ilə mübarizədə təslim
olmamış Əlincə
qalası Naxçıvanda
yerləşir. Müqəddəs Qurani Kərimin “Əl- Kəhf” surəsində bəhs edilən Əshabi-Kəhf
ziyarətgahı da məhz Naxçıvandadır.
Vurğulanıb ki, Naxçıvanda böyük dövlətçilik
ənənələrinin əsası
çox qədim dövrlərdən qoyulub. Hələ
X əsrdə “Naxçıvan
şahlığı”, XII əsrdə
isə Atabəylər
dövləti yaranıb.
XVIII əsrdə Azərbaycan ərazisində
yaranmış 18 xanlıqdan
biri olan Naxçıvan xanlığı
inzibati idarəçiliyin
formalaşmasına mühüm
töhfələr verib.
XX əsrin əvvəllərində
1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası Naxçıvanın
müdafiə qabiliyyətinin
möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında
taleyüklü xidmətlər
göstərib.
Bildirilib ki, Naxçıvanın muxtariyyəti dövlətçilik
ənənələrinin davamı
olaraq meydana gəlib. Naxçıvan Muxtar Respublikası
1918-1924-cü illərdə cərəyan edən gərgin siyasi proseslərin, daxili və xarici amillərin təsiri altında yaranıb.
Naxçıvan əhalisinin
qətiyyətli mübarizəsi,
Türkiyə hökumətinin
tutduğu ədalətli
mövqe nəticəsində
1921-ci ildə Naxçıvanın
muxtar respublika statusunda Azərbaycanın
tərkibində qalmasını
şərtləndirən Moskva
və Qars müqavilələrinin imzalanması,
bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil
olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi
və gələcək
inkişafı da təmin edilib.
Qeyd edilib ki, dünyada və regionda gedən gərgin tarixi və siyasi proseslər nəticəsində Naxçıvan
Muxtar Respublikası XX
əsrin sonlarında yenidən dünyanın qaynar nöqtələrindən
birinə çevrilib. Sovet İttifaqının
son günlərində yaranmış
siyasi vəziyyətdən
istifadə etməyə
çalışan ermənilər
məkrli planlarını
davam etdirərək Naxçıvanı Azərbaycandan
qoparmağa cəhd ediblər. Nəticədə Azərbaycan bir
daha erməni terrorizmi ilə üzləşib. Ermənistan ərazisində
yaşayan azərbaycanlılar
öz ata-baba yurdlarından sürgün
edilib, Qarabağ və Naxçıvan üzərinə silahlı
hücumlar başlanıb.
Verilişdə vurğulanıb ki, əhalinin təkidli tələbi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etməyə razılıq verən ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü (1990-1993) Azərbaycan tarixinin möhtəşəm səhifələrindəndir. Ulu öndər Heydər Əliyev Naxçıvanı Azərbaycanın müstəqillik mübarizəsinin ideya və real fəaliyyət mərkəzinə çevirib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli dövlət rəmzləri ilk dəfə Naxçıvanda qəbul edilib, Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb, Kommunist Partiyasının yerli orqanlarının işi dayandırılıb. Sovet qoşunları bölgədən çıxarılıb, aqrar islahatlar aparılıb, tarixi ədaləti və müstəqil dövlətçilik prinsiplərini bərqərar edən fərmanlar imzalanıb.
Verilişdə Naxçıvanın müalicəvi iqlimi, dərman bitkilərinin bolluğu, şəfalı mineral suları ilə fərqləndiyi də yapon tamaşaçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Naxçıvanın digər bir möcüzəli təbii səhiyyə ocağı “Duzdağ” Fizioterapiya Mərkəzidir. Təbii ehtiyatları 90 milyon ton təşkil edən bu mərkəz saf və təmiz duz istehsalı ilə yanaşı, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınıb.
Qeyd edilib ki, bu gün də Naxçıvan Azərbaycanın idarəçiliyində muxtar respublika kimi mövcudluğunu qoruyur və inkişaf edir. Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvanın inkişafı gündən-günə daha da sürətlənir. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi barədə Sərəncamına əsasən bu əlamətdar hadisənin yalnız Azərbaycanda deyil, dünyanın digər ölkələrində də qeyd olunması xüsusi vurğulanıb.
Verilişdə
AzərTAc-ın “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində
Naxçıvan Muxtar Respublikası barədə çəkilmiş
filmdən parçalar da tamaşaçılara təqdim
olunub.
Azərbaycan.-2015.- 7 yanvar.- S.5.