Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda
Hörmətli
cənab Prezident,
Parisdə
törədilmiş amansız terror aktı nəticəsində
insanların həlak olması və yaralanması xəbəri
bizi sarsıtdı.
Bu dəhşətli
hadisədən son dərəcə hiddətlənir,
terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə
mübarizə aparılmasını hər cür dəstəkləyirik.
Baş
vermiş faciə ilə əlaqədar Sizə, həlak
olanların ailələrinə və yaxınlarına,
bütün Fransa xalqına öz adımdan və Azərbaycan
xalqı adından dərin hüznlə
başsağlığı verir, yaralananların tezliklə
sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 yanvar 2015-ci il.
Azərbaycan.-2015.- 8 yanvar.- S.1.