Azərbaycanın sənayeləşməsi 2014-cü ildə də davam etdi

 

“Sənaye ili” başa çatdı

 

Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir.

İlham ƏLİYEV

 

Ulu öndər Heydər Əliyev tərəfindən hələ ötən əsrin 70-ci illərindən başlayaraq paytaxt Bakıda və respublikanın müxtəlif regionlarında geniş miqyasda həyata keçirilən və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni iqtisadi münasibətlərə uyğun təməli qoyulan güclü sənayeləşmə siyasəti on bir ildən çoxdur ki, Prezident İlham Əliyev tərəfindən yüksək dinamizmlə davam etdirilir.

Gəlin Prezidentin sərəncamı ilə 2014-cü ilin “Sənaye ilielan edilməsi siyasətinin özəyində dayanan əsas prinsiplərə nəzər salaq: iqtisadiyyatımızın daha yüksək tərəqqisi üçün güclü potensial yaradılmasına, qeyri-neft sektorunun şaxələndirilməsi məqsədi ilə mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsinə nail olmaq; milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini yüksəltmək, dinamik sosial iqtisadi tərəqqinin davamlılığının təminatı sayəsində işsizlik problemini qısa bir zaman çərçivəsində aradan qaldırmaq; əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq; ölkəni sözün əsl mənasında, bolluq və firavanlıq məkanına çevirmək; idxalı azaldıb, ixracı çoxaltmaq; ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək; Azərbaycanın mövqeyini regionalqlobal səviyyədə möhkəmləndirmək, onun beynəlxalq nüfuzunun daha da artmasına geniş imkanlar yaratmaq.

Son illər iqtisadiyyatın bütün sahələrində olduğu kimi, müasir sənayenin inkişafı sahəsində də yaddaqalan nailiyyətlər qazanılıb. Təkcə ötən ilin 11 ayı ərzində ümumi daxili məhsul istehsalının 2,2, qeyri-neft sektorunda ÜDM-in 6,5 faiz artması bu nailiyyətlərin təsdiqidir. Dünyanın bir çox ölkələrində uzun illərdən bəri davam edən maliyyə böhranı fonunda iqtisadiyyatın bütün sahələrində qazandığımız bu nailiyyətlər Azərbaycanda həyata keçirilən praqmatik siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. Məhz bu siyasət sayəsində çoxsaylı layihələrin uğurlu icrası sənayenin infrastruktur təminatını xeyli yaxşılaşdırıb, müasir sənaye obyektlərinin yaradılması ilə əhalinin məşğulluq problemi öz həllini tapıb. Dünyanın bəzi inkişaf etmiş ölkələrində işsizliyin səviyyəsi 25-30, gənclər arasında isə 50 faiz olduğu halda, təkcə keçən ilin 9 ayı ərzində Azərbaycanda 80 mini daimi olan 110 min yeni yeri açılıb. Maaşlar, pensiyalar, müavinətlər də xeyli artırılıb. 2014-cü ilin 11 ayı ərzində əhalinin pul gəlirləri 4,7 faiz çoxalıb. İnflyasiyanın aşağı səviyyədə - cəmi 1,5 faiz olması isə makroiqtisadi vəziyyətin sabitliyinin nəticəsidir. Bunlardan əlavə, 2014-cü ilin 11 ayı ərzində sənayenin qeyri-neft sektorunda məhsul istehsalının həcmi 6,6 faiz yüksəlib.

Davamlı iqtisadi tərəqqi yoluna qədəm qoymuş Azərbaycan beynəlxalq aləmdə islahatçı ölkə kimi öz reytinqini ilbəil yüksəldir. Ümumdünya Davos İqtisadi Forumunun hesabatlarına əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 144 ölkə arasında 38-ci, MDB məkanında isə birinci yerdədir. Dünyanın ən rəqabətqabiliyyətli ilk 40 ölkəsinin sırasında olmaq Azərbaycan üçün böyük nailiyyətdir.

Ölkəmizin maliyyə imkanları da ilbəil artır. Valyuta ehtiyatlarımız 53 milyard dolları ötübbu, Azərbaycan kimi kiçik ölkə üçün yüksək göstəricidir. Tezliklə reallaşacaq TANAP və TAP kimi nəhəng layihələr isə gələcəkdə ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə güclü təkan verəcək.

Köhnə sənaye müəssisələrinin yenidən qurulması və təzələrinin yaradılması ilə yanaşı, bölgələrdə sənaye parklarının yaradılması da əsas məsələ kimi qarşıya qoyulub. Yeri gəlmişkən qeyd edək ki, son illər istifadəyə verilmiş Sumqayıt texnologiyalar parkı, Naxçıvan avtomobil, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, Qəbələ piano, “Embavoodmebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Ağcabədi süd məhsulları, Oğuz qarğıdalı və qlükoza istehsalı müəssisələri, eləcə də energetika, maşınqayırma məişət cihazları kimi müasir sənaye obyektləri ölkəmizin iqtisadi potensialının artdığının əyani sübutudur. Yeri gəlmişkən qeyd edək ki, ölkənin müxtəlif regionlarında istifadəyə verilən müəssisələrin istehsal gücünün artırılması və rəqabətqabiliyyətli məhsulların istehsal olunması emal sənayesi sektorunun ümumi daxili məhsulda xüsusi çəkisini xeyli artırıb.

Azərbaycanın bir sıra regionlarında güclü xammal bazalarının mövcudluğu yüksək istehsal gücünə malik yeni sənaye müəssisələrinin və texnoparkların yaradılmasına geniş şərait yaradıb. Gəncə-Daşkəsən zonasında, Sumqayıtda, Qaradağda, Balaxanıda və digər ərazilərdə yaradılan texnoparklar dediklərimizin əyani sübutudur. Texnoparkların yaradılmasında əsas məqsəd yüksək texniki avadanlıqlarla təchiz edilən sənaye müəssisələri inşa etmək, innovasiyalar əsasında rəqabət- qabiliyyətli sənaye məhsulları istehsalı üçün potensial imkanlar yaratmaq, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.

Sözsüz ki, bütün bunlar ilk növbədə maliyyə, yəni yatırılan investisiyalarla bağlıdır. Təkcə ötən ilin yanvar-noyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 14,7 milyard manat həcmində vəsait yönəldilib. Fərəhli haldır ki, bunun 70 faizini daxili investisiyalar təşkil edir. Qürur doğuracaq digər fakt: vaxtilə öz iqtisadiyyatını böhrandan xilas etmək üçün sərmayə axtaran Azərbaycan indi digər ölkələrin iqtisadiyyatına sərmayə yatırır. Təbii ki, bu, Azərbaycanın beynəlxalq aləmdə siyasiiqtisadi çəkisini artırır. Bir sözlə, Azərbaycanın sürətlə inkişaf edən sənaye sektoru artıq milli iqtisadiyyatımızın yüksək gəlir gətirən perspektivli sahəsinə çevrilir. Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Əvvəlki illərdə bizim əsas vəzifəmiz iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu da yaratmışıq. Biz artıq iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilikbu bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən xarici siyasətdə də müstəqil siyasət aparaq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir”.

 

Zeynal VƏFA,

Azərbaycan.-2015.- 8 yanvar.- S.2.