“Bakı Şəhər” ofis binası BREEAM sertifikatına layiq görülüb

 

“Bakı Ağ Şəhər” ofis binası Azərbaycanda ilk dəfə beynəlxalq ekoloji BREEAM sertifikatına layiq görülüb.

“Bakı Şəhər”in mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, BREEAM sertifikatı nəinki binanın enerji effektivliyini, həm də ekoloji dizayntikintini təsdiqləyən beynəlxalq sənəddir. BREEAM “Bakı Şəhər”in növbəti layihələrini də erkən mərhələlərdə dəyərləndirəcək.

Qeyd edək ki, BREEAM innovativ binaların ekoloji qiymətləndirmə sistemidirBöyük Britaniyanın “BRE Global” şirkəti tərəfindən 1990-cı ildə yaradılıb. Bu gün BREEAM sxemi yüksək texnologiyalı binalar üçün beynəlxalq keyfiyyət nişanıdır. Dünyada 24 min layihə üçün 425 mindən çox BREEAM sertifikatı verilib və 1,9 milyondan çox layihə sertifikatlaşdırma üçün qeydə alınıb.

 

Azərbaycan.-2015.- 8 yanvar.- S.5.