Ölkə paytaxtı ilə regionlar birgə inkişaf edir
Paytaxt Bakı
son 10 ildə infrastrukturunun
mükəmməlliyi ilə
dünyanın inkişaf
etmiş şəhərləri
sırasındadır. Yeni salınan
geniş küçələr,
işıqlandırma sistemləri,
körpülər, tunellər,
keçidlər şəhərə
gözəllik verməklə
bərabər, sakinlərin
rahatlığını da
təmin edir. Bakıya gələn dövlət xadimləri, yüksək rütbəli qonaqlar belə paytaxtımızın
gözəlliyindən şövqlə
danışırlar. Ancaq bu gözəlliyin, inkişafın
canlı şahidi bizik. Müstəqillik
bərpa ediləndən
3-4 il sonra
paytaxtımızın gündən-günə
necə inkişaf etdiyini müşahidə etmişik. Son 11 ildə
isə bu işlər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf konsepsiyasının nəticəsidir.
Ölkə paytaxtının sürətli
inkişafı ilə
bölgələrin inkişafında
böyük fərq var idi. Bunu aradan qaldırmaq üçün Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı
(2004-2008-ci illər)” və
onun davamı olaraq dövlət başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”
da ayrıca qeyd edilməlidir. Danılmaz həqiqətdir
ki, məhz bu proqramlar bölgələrin
iqtisadi inkişafında
tamamilə yeni səhifə açaraq əhalinin kəndlərdən
şəhərə axınının
qarşısını aldı,
Azərbaycanda qeyri-neft
sektorunun inkişafına
böyük təkan verdi. Qəbul edilən
proqramların nəticələrinin
təhlili göstərir
ki, ölkənin makroiqtisadi göstəricilərində
regionların xüsusi
çəkisi əhəmiyyətli
dərəcədə yüksəlib.
Həmçinin yerlərdə
sahibkarlığın inkişafının
daha da sürətləndirilməsi,
yerli istehsal və emal müəssisələrinin
fəaliyyətinin bərpası
və genişləndirilməsi,
iqtisadi və sosial-mədəni infrastruktur
obyektlərinin yenidən
qurulması, yoxsulluğun
azalması, yeni iş yerlərinin açılması nəticəsində
əhalinin həyat səviyyəsinin yüksəlməsi
istiqamətində böyük
uğurlar qazanıldı.
Regionlarda yaşayan əhalinin böyük əksəriyyəti
aqrar sektorda çalışır. Aqrar sektorun
inkişafı iqtisadi
və sosial siyasət nöqteyi-nəzərindən
də mühüm əhəmiyyət daşıyır.
Bu sahənin inkişafı
ölkənin iqtisadi tərəqqisini təmin etməklə bərabər,
bölgədə yaşayan
insanların sosial rifahının inkişafında
mühüm rol oynayır. Regionların inkişafı ən
böyük sosial
problem olan işsizliyin
də aradan qaldırılmasına imkan
yaradır. Bunu nəzərə alan
dövlət regionlarda
aqrar sektorun inkişafı üçün
bir sıra mühüm qərarlar qəbul edib. Hazırda aqrar sektorda sahibkarlıq fəaliyyəti
ilə məşğul
olanlar torpaq vergisindən savayı bütün növ vergilərdən azad ediliblər. Bundan əlavə,
əkin əkən hər bir fermerə
istifadə etdiyi yanacaq və sürtkü yağlarına
dövlət kompensasiya
ödəyir. Eyni zamanda,
fermerlərə istifadə
etdikləri gübrənin
bazar qiymətlərindən
aşağı satılması
barədə də qərar qəbul edilib. Yaranan qiymət fərqi
isə büdcə hesabına ödənilir.
Dövlət bununla kifayətlənməyərək fermerlərə güzəştli
qiymətlərlə toxum,
kənd təsərrüfatı
maşın və mexanizmləri, avadanlıq,
cins mal-qara da satır.
Aqrar sektor iqtisadiyyatda həssas sahədir. Belə ki, bu sahədə çalışan
sahibkarlar güzəşt
edilmədikdə investisiya
qoymağa maraq göstərmirlər. Ona görə
ki, aqrar sahədə qısa müddətdə gəlir
əldə etmək mümkün deyil. Çünki aqrar sektorda
əvvəllər mövcud
olan geriləmənin əsas səbəbi fermerlərin təsərrüfatlarını
inkişaf etdirmək üçün vəsaitlərin
olmaması idi. Maliyyə çatışmazlığından əziyyət çəkən
fermerlər dövlətin
verdiyi güzəştli
kreditlər hesabına
öz problemlərini həll edərək məhsul bolluğu yaranmasını təmin etdilər.
Verilən güzəştli kreditlər
sayəsində son bir
neçə ildə
13 quşçuluq fabriki,
2 heyvandarlıq kompleksi,
12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək
zavodu tikilib istifadəyə verilib. Qeyd edək ki, bu
müəssisələrin hamısı
iri istehsal sahələridir. Regionlardakı sahibkarlar aldıqları güzəştli kreditlər
hesabına minlərlə
kiçik və orta həcmli fermer təsərrüfatlarını
da inkişaf etdirirlər. Bir faktı
da qeyd edək
ki, hazırda verilən güzəştli
kreditlərdə regionların
payı daha çoxdur. Keçən
il Sahibkarlığa
Kömək Milli Fondu hesabına verilən güzəştli
kreditlərin 83 faizini
regionlarda fəaliyyət
göstərən sahibkarlar
alıb.
Ötən ildə də dövlət vəsaiti hesabına və verilən güzəştli kreditlərlə bölgələrdə bir sıra sənaye, emal, kənd təsərrüfatı və sosial obyektlər tikilib istifadəyə verilib. Naxçıvan MR-də “Arpaçay-2” Su- Elektrik Stansiyası, su anbarı və sutəmizləyici qurğular kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı, yağ fabriki, mis emalı zavodu, Gəncədə metaltökmə və fasiləsiz yayma zavodu, təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaş rayonunda yem və meyvə emalı zavodları, “Ağdaş” elektrik yarımstansiyası, Beyləqanda şahmat məktəbi və şəhər stadionu, Füzuli rayonunda tikiş fabriki, Göygöl rayonunda olimpiya idman kompleksi və Gənclər Mərkəzi, Qəbələdə “Tufan” dağ-xizək yay-qış kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” hotel kompleksi, Şamaxıda “Şamaxı Palace Platinum By Rixos” hoteli, Şəmkirdə çörək zavodu, Şəmkirçay üzərində su anbarı, SES və s. tikilib istifadəyə verilmişdir.
Bölgələrdə istehsal müəssisələri ilə yanaşı, sosial obyektlərin də tikintisinə xüsusi önəm verilir. Son 10 ildə bölgələrdə yüzlərlə təhsil və səhiyyə müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bundan əlavə, yollar, körpülər salınıb, əhalinin elektrik enerjisinə və təbii qaza olan tələbatını ödəmək üçün infrastruktur yenilənib. Hazırda belə işlər yenə də uğurla davam etdirilir.
Rüstəm
KAMAL,
Azərbaycan.-2015.- 9 yanvar.- S.1.