Yeni Azərbaycan Partiyası Fransada
törədilmiş
terror aktını qətiyyətlə
pisləyir
Yeni Azərbaycan Partiyası (YAP) Fransanın paytaxtı Paris şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyir və bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini bir daha bəyan edir.
YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu fikirlər partiyanın Parisdə törədilmiş terror aktı ilə bağlı bəyanatında əksini tapıb.
Bəyanatda deyilir: “Səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, terrorizmi insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edirik. Dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkən Azərbaycan xalqı bu cür cinayətlərin cəmiyyətə nə qədər bəlalar gətirdiyinin şahididir. Azərbaycan xalqı, hər bir azərbaycanlı terrorizmə qarşıdır və həmişə bütün dünyanı ona qarşı birləşməyə çağırıb. Müsəlmanların Peyğəmbərinin təhqir olunması, yüz milyonlarla inanclı insanın hisslərinin aşağılanması yolverilməzdir, lakin bu, heç bir halda insan qanının tökülməsinə haqq qazandıra bilməz.
Bütün Fransa xalqına başsağlığı verir, ağır faciəni törədənlərin
layiqli cəza alacaqlarına
inamımızı ifadə edirik”.
Azərbaycan.-2015.- 9 yanvar.- S.3.