Hər hansı təcavüz və ya qətlin din adından
törədilməsi yolverilməz haldır
Qafqaz
Müsəlmanları İdarəsi Fransada törədilmiş
terror aktı ilə bağlı bəyanat yayıb.
Bəyanatda
deyilir: “Dünyanın hansı nöqtəsində baş verməsindən
asılı olmayaraq, biz, müsəlmanlar insan qətlini, zor,
təcavüz və terroru hər zaman pisləyirik. Bu baxımdan Fransada baş verən son terror hadisəsini ciddi qınayırıq. İnsan həyatı Uca
Allahın yaratdığı
müqəddəs dəyərdir
və ona edilən təcavüz böyük günahdır.
Bu günahı törədənlər həm
Allah dərgahında, həm
də bəşəri
qanunlar qarşısında
cavab verəcəklər”.
Bildirilir
ki, hər hansı təcavüz və ya qətlin
din adından, guya dinin maraqlarının qorunması pərdəsi altında törədilməsi,
din adından sui-istifadə
edilməsi yolverilməz
haldır. Heç bir səmavi
din, o cümlədən İslam
buna haqq qazandırmır. Terror İslamın istəyi deyil.
“Dini mərkəz
olaraq, hər zaman öz birmənalı
mövqeyimizi bütün
məqamlarda və xitabət kürsülərindən
bildirmişik və bir daha təkrar
edirik ki, dinə, onun dəyərlərinə, müqəddəs
şəxsiyyətlərinə, rəmzlərinə ehtiram
nümayiş etdirilməlidir. Bəşər ailəsinin bütün üzvləri buna əməl etməli, müxtəlif dini mənsubiyyət daşıyıcıları
üçün həssasiyyət
kəsb edən məqamlara diqqətlə
yanaşmalıdırlar. Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməyib.
Biz bütün insanları multikultural dünyamızda dinc birgəyaşayış, tolerant həyat tərzi, sülh, sabitlik və istiqrar üçün mühüm,
həlledici amillərdən
olan bu məqamı
nəzərə almağa
çağırırıq. Biz dünya dinlərinin
liderlərini bu yöndə səylərini
birləşdirməyə səsləyirik”,
- deyə bəyanatda qeyd edilir.
Azərbaycan.-2015.-
9 yanvar.- S.3.