Bu gün Saatlı təkcə aqrar rayon deyil

 

Aparılan məqsədyönlü islahatlar nəticəsində ölkə iqtisadiyyatının tarazlı inkişafında böyük uğurlar qazanılıb. Regionların iqtisadisosial inkişafındakı mənzərədə bu, aydın şəkildə özünü büruzə verir. Əvvəllər işıqsız, qazsız, susuz qalan rayon və kəndlərdə sosial infrastruktur layihələri icra edilir, problemlər ardıcıl həll olunur.

Bu gün dövlətin verdiyi güzəştli kreditlər hesabına bölgələrdə çox sayda sənaye, istehsal, emal, xidmət və sosial obyektlər tikilir. Eyni zamanda, bölgələrdə fəaliyyət göstərən sahibkarlar yeni müəssisələr yaradaraq məhsul istehsalında paytaxt və digər iri şəhərlərlə sözün həqiqi mənasında rəqabət aparırlar. Görülən işlərin sayəsində həm bölgələrin siması dəyişir, həm də insanların rifah halı  yaxşılaşır.

Böyük həcmdə quruculuq və abadlıq işləri görülən rayonlardan biri Saatlıdır. Son 10 ildə rayonda SSRİ-nin mövcud olduğu 70 il ərzində görülmüş işlərdən daha çox quruculuq-abadlıq işləri aparılıb. Hazırda rayonda əhalinin yaşayışı üçün lazım olan infrastruktur layihələri həyata keçirilir - təbii qaz, elektrik, sukanalizasiya xətləri yenidən qurulur, məktəblər, uşaq bağçaları, xəstəxanalar, ambulator-poliklinikalar əsaslı təmir edilir, istehsal müəssisələri müasir texniki avadanlıqlarla təchiz olunur.

Rayonun inkişafında, əhalinin sosial rifahının yaxşılaşmasında burada fəaliyyət göstərən müəssisələrin rolu böyükdür. Hazırda Saatlıda “CTS Aqro-MMC” Saatlı Pambıq ASC, “Şamo” MMC, “Saatlı Pambıq kiçik müəssisəsi”, illik istehsal gücü 20 min ton olanBiyan məhsulları” istehsalı zavodu, konserv məhsulları istehsal edən “Miri-Pak” STK, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün 2000 ton tutumu olan soyuducu kamera və digər müəssisələr fəaliyyət göstərir. Bu gün rayonda istehsal olunan məhsulların 82,1 faizdən çoxu özəl sektorun payına düşür.

Prezident İlham Əliyev ölkənin bütün rayonlarına olduğu kimi, Saatlıya da öz qayğısını əsirgəmir. Dövlət başçısı dəfələrlə bu rayonda olub və müxtəlif istehsalsosial təyinatlı müəssisələrin açılışında iştirak edib, əhalinin problemləri ilə maraqlanıb, qaldırılan məsələlərin həlli üçün operativ tədbirlər görüb.   

 

Azərbaycan.-2015.- 10 yanvar.- S.1.