Azərbaycan Respublikasının Vergi

Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I kitab, maddə 583; 2001, ¹ 7, maddə 454, ¹ 9, maddə 576, ¹ 12, maddə 734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə 425, ¹ 12, I kitab, maddə 671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə 980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə 1081; 2006, ¹ 12, maddələr 1005, 1026; 2007, ¹ 1, maddə 4, ¹ 6, maddə 597, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə 960; 2009, ¹ 7, maddə 506; 2011, ¹1, maddə 14, ¹7, maddələr 588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7, maddə 652, ¹ 9, maddə 841, ¹ 12, maddə 1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹ 11, maddə 1278, ¹ 12, maddələr 1483, 1486, 1495; 2014, ¹ 2, maddələr 94, 98, ¹ 7, maddə 770, ¹ 8, maddə 957, ¹ 10, maddə 1158; Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1115-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 102.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.22-ci maddə əlavə edilsin:

“102.1.22. yerli bankxarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi.”;

1.2. 123.1-ci maddədə “əldə edilmişdirsə,” sözlərindən sonrabu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla” sözləri əlavə edilsin;

1.3. 161.1-ci maddədə “hər hansı rüsumlar, vergilər” sözləri “yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar” sözləri ilə əvəz edilsin;

1.4.  162.1-ci maddəyə “ƏDV” sözündən sonra “və yol vergisi” sözləri əlavə edilsin;

1.5. 185-ci maddə üzrə:

1.5.1. 185.1-ci maddənin birinci cümləsindən “və tütün məmulatları” sözləri çıxarılsın, həmin cümlədə “aksiz” sözündən sonra “, yol vergisi” sözləri əlavə edilsin;

1.5.2. 185.2-ci maddənin birinci bəndində “üzən vasitələr” sözlərindən sonra “, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz” sözləri, “aksiz” sözündən sonra “, yol vergisi” sözləri əlavə edilsin;

1.5.3. 185.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü bənd əlavə edilsin:

İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır.”;

1.6. 188-ci maddə üzrə:

1.6.1.  188.1.1-ci maddədə “və 600 ədəd siqaretin” sözləri “, 600 ədəd siqaretin, 20 qram  qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın” sözləri ilə əvəz edilsin;

1.6.2. aşağıdakı məzmunda 188.1.5-ci maddə əlavə edilsin:

“188.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl.”;

1.7.  190-cı maddə üzrə:

1.7.1.  190.1-ci maddənin beşinci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda altıncı bənd əlavə edilsin:

“- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz.”;

1.7.2.  190.2-ci maddəyə “üzən vasitələr” sözlərindən sonra “, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz” sözləri əlavə edilsin;

1.7.3.  190.3.1-ci maddədə “0,8” rəqəmləri “2,0” rəqəmləri ilə, 190.3.2-ci maddədə “0,5” rəqəmləri “2,0” rəqəmləri ilə, 190.3.3-cü maddədə “0,2” rəqəmləri “6,0” rəqəmləri ilə, 190.3.4-cü maddədə “0,2” rəqəmləri “2,5” rəqəmləri ilə, 190.3.6-cı maddədə “0,08” rəqəmləri “0,2” rəqəmləri ilə əvəz edilsin;

1.7.4.  190.3.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“190.3.7. siqarlar, ucları kəsilən siqarlarsiqarilla (nazik siqarlar) - 1000 ədədinə 10,0 manat;”;

1.7.5. aşağıdakı məzmunda 190.3.8-ci maddə əlavə edilsin:

“190.3.8. tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 4,0 manat.”;

1.7.6.  190.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“190.4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalarabu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan  platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

190.4.1. minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalarabu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə:

 

Vergitutma obyektinin adı

Aksiz dərəcəsi

Minik avtomobilləri:

- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda

 

- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda

 

 

 

 

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda

 

 

 

 

- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda

 

 

 

 

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

 

 

 

 

İstirahət və ya idman üçün yaxtalarbu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,20  manat

 

400 manat + mühərrikin  həcminin 2001-3000 kubsantimetr hissəsi üçün

hər kubsantimetrə görə - 1,5 manat

 

1900 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün

hər kubsantimetrə görə - 4 manat

 

5900 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün

hər kubsantimetrə görə - 8 manat

 

13900 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat

Mühərrikin həcminin hər kubsantimetrinə  görə - 3 manat

 

 

 

 

 

 

 

 

 

 

 

190.4.2. idxal olunan platinin hər qramına görə -  2,0 manat;

190.4.3. idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:

190.4.3.1. qızılın min çəki vahidindəki miqdarı 375 (üç yüz yetmiş beş) olduqda, hər qramına görə - 0,8 manat;

190.4.3.2. qızılın min çəki vahidindəki miqdarı 500 (beş yüz) olduqda, hər qramına görə - 1,0 manat;

190.4.3.3. qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz səksən beş) olduqda, hər qramına görə - 1,2 manat;

190.4.3.4. qızılın min çəki vahidindəki miqdarı 750 (yeddi yüz əlli) olduqda, hər qramına görə - 1,5 manat;

190.4.3.5. qızılın min çəki vahidindəki miqdarı 958 (doqquz yüz əlli səkkiz) olduqda, hər qramına görə - 1,8 manat;

190.4.3.6. qızılın min çəki vahidindəki miqdarı 999 (doqquz yüz doxsan doqquz) olduqda, hər qramına görə - 2,0 manat;

190.4.4. idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış bərkidilmiş almazın 1 karatı üçün 200 manat (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:

190.4.4.1. almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda,  aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;

190.4.4.2. almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:

190.4.4.2.1.  1 karatdan 2 karatadək olduqda -  2,0;

190.4.4.2.2.  2 karatdan 3 karatadək olduqda -  3,0;

190.4.4.2.3.  3 karatdan 4 karatadək olduqda -  4,0;

190.4.4.2.4.  4 karatdan 5 karatadək olduqda -  5,0;

190.4.4.2.5.  5 karatdan yuxarı olduqda - 10,0.”.

1.8.  199-cu maddə üzrə:

1.8.1.  199.4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“199.4.3. mexaniki nəqliyyat vasitələrinin;”;

1.8.2.  aşağıdakı məzmunda 199.10-cu maddə əlavə edilsin:

“199.10. Müəssisələrin balansında olan, sərnişin yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləği 25 faiz azaldılır.”;

1.9.  209-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının ərazisinə daxil olan həmin ərazidən sərnişin yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının maye qazın istehsalı ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.”;

1.10.  210-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının ərazisinə daxil olan Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı maye qaz yol vergisinin vergitutma obyektidir.”;

1.11.  211-ci maddə üzrə:

1.11.1.  211.1-ci maddədədaxil olansözlərindən sonra Azərbaycan Respublikasının ərazisini tərk edənsözləri əlavə edilsin, “şəxslərin mülkiyyətində ya istifadəsində olan avtonəqliyyat vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq avtonəqliyyat vasitələrindən vergisözləriistehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına maye qaza görə yol vergisisözləri ilə əvəz edilsin;

1.11.2.   211.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“211.1.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.”;

1.11.3. aşağıdakı məzmunda 211.4-cü maddə əlavə edilsin:

“211.4. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.”;

1.12.  212-ci maddə üzrə:

1.12.1.  212.2-ci və 212.4-cü maddələr ləğv edilsin;

1.12.2.  212.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“212.3. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.”.

Maddə 2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.      

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 30 dekabr 2014-cü il

Azərbaycan.-2015.- 11 yanvar.- S.5.