Naxçıvan MR-də sahibkarlıq müasir tələblər səviyyəsində inkişaf edir

 

Ölkəmizin sosial-iqtisadi tərəqqisi özəl sektorun - sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. Elə dünyanın meqoiqtisadi sistemində də bir qayda olaraq sahibkarlıq iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvəyə malikdir. O cümlədən Azərbaycanda da mülkiyyət və sahibkarlıq fəaliyyəti haqqında qanunlar, dövlət başçısının imzaladığı fərman və sərəncamlar özəl sektorun bütün sahələrinin inkişafına əlverişli zəmin yaradır, onun tərəqqisini stimullaşdırır. Nəticədə ölkəmizin sosial-iqtisadi inkişafında özəl sektorun fəaliyyəti ildən-ilə güclənir. Bu istiqamət Naxçıvan MR-in iqtisadiyyatında da özünü aydın büruzə verir.

Uzun müddətdən bəri blokada vəziyyətində qalmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası ölkəmizin sürətlə inkişaf edən regionlarından biridir. Hazırda burada adamları kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələrində ciddi uğurlar qazanır, yeni yaranan istehsal sahələrinin siyahısı ildən-ilə artır. Naxçıvan MR-də yerlixarici adamları üçün də əlverişli biznesinvestisiya mühiti yaradılır.

Muxtar respublikada sahibkarlıq elmin müasir tələblərinə uyğun hərtərəfli inkişaf etdirilir, bütün amillər nəzərə alınır. Yerli hakimiyyət orqanları sahibkarların istiqamətləndirilməsi və maarifləndirilməsində köməklərini əsirgəmirlər. Özəl sektorun təmsilçiləri, fərdi biznesini quran müxtəlif peşələrin nümayəndələri ilə mütəmadi görüşlər keçirilir, onlara sahibkarlığın hüquqi əsasları və vəzifələri, biznesin daha perspektivli sahələri haqqında məlumatlar verilir, muxtar respublikanın rəsmiləri daim fəaliyyət göstərən seminarlarda zəruri məsləhət və tövsiyələri ilə çıxış edirlər.

Bu tədbirlərin sırasında ötən il oktyabrın 24-də 75 xarici şirkətin və 120 -dən çox yerli sahibkarların iştirakı ilə Naxçıvan şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumuTürkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı xüsusi əhəmiyyət kəsb edir. Muxtar respublikada belə mötəbər biznes forumlarının keçirilməsi ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə, təcrübə mübadiləsinə, yerli sahibkarların dünyagörüşünün artmasına, maraqlı biznes ideyalarının formalaşmasına və yeni layihələrin tətbiqinə təkan verir. Təsadüfi deyil ki, bu gün regionda fəaliyyət göstərən 450-yə yaxın müəssisədə 350 növdə məhsul istehsal olunur. Onu da qeyd edək ki, muxtar respublikanın  336 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir.

Naxçıvan MR-də sahibkarlar üçün yerli hakimiyyət orqanları tərəfindən müntəzəm treninqlər, məşqlər və seminarların keçirilməsi ənənəyə çevrilmişdir. Eyni zamanda sahibkarlıq üzrə zəruri olan bütün məşğələlərə maliyyə və hüquq təşkilatlarının rəhbərləri cəlb edilir, fəaliyyətə yeni başlayan sahibkarlara işlərini mövcud qanunvericilik çərçivəsində qurmaq üçün zəruri hüquqi tövsiyələr verilir. İldə bir dəfə muxtar respublikada keçirilən sahibkarların görüşündə adamlarının qayğıları, onları narahat edən məsələlər öyrənilir və ortaya çıxan problemlər operativ həll edilir.

Muxtar respublikada sahibkarlığın inkişafının möhkəmləndirilməsi, həmçinin adamlarının öz aralarında əlaqələrin gücləndirilməsi məqsədilə 2006-cı ildə Sahibkarlıq Konfederasiyası təsis edilmişdir. Burada adamları ilə muxtar respublikanın müxtəlif idarə və təşkilatları arasında qurulan vertikalşaquli münasibətlər vacib məsələləri kompleksoperativ həll etməyə imkan verir. Naxçıvan şəhərində yaradılan Biznes Mərkəzində isə sahibkarlar məsləhət və tövsiyələrlə yanaşı, yeni biznes layihələri ilə tanış olur, qabaqcıl təcrübəni öyrənir, istədikləri vaxt mütəxəssislə məsləhətləşə bilirlər. Mərkəzdə alimlərin, mütəxəssislərin, həmçinin zəngin təcrübəsi olan adamlarının da bilik və təcrübələrindən faydalanmaq mümkündür.

Naxçıvan MR-də orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün mərkəzləşdirilmiş qaydada səmərəli biznes yaratmaq, uğurlu iqtisadi fəaliyyəti təmin etmək, müasir texnologiyalardan, innovativ iqtisadi yeniliklərdən, müasir dünya təcrübəsindən faydalanmaq məqsədilə xüsusi yığıncaqlar da keçirilir. Burada 2008-ci ildən tətbiq edilən “bir pəncərə” sistemi adamlarının qayğılarının azalmasına, fəaliyyətlərindəki bürokratik maneələrin azaldılmasına səbəb olmuşdur. Naxçıvanda KİV-lər də sahibkarlara köməyi əsirgəmirlər. Biznesin ayrı-ayrı sahələri ilə bağlı müxtəlif verilişlər təşkil edilir, yazılar dərc olunur, qabaqcıl təcrübə, uğurlu biznes maarifləndirici layihə kimi geniş təbliğ edilir.

Sahibkarlığın muxtar respublikada inkişafı üçün görülən tədbirlərin siyahısı yalnız beynəlxalq forumlar, müxtəlif yönümlü maarifləndirici tədbirlərlə bitmir. Regionda sahibkarlıqla məşğul olanlara maliyyə yardımı göstərilir, banklarbank olmayan kredit müəssisələri tərəfindən kreditlər verilir. Yalnız 2014-cü ilin 9 ayı ərzində sahibkarlara 3,5 milyon manat kredit verilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəkindən 13,8 faiz çoxdur. Həmçinin bu dövr əlavə sahibkarlıq sahələrinin yaradılmasına 8 milyon manatdan çox kredit verilmişdir. Həmin kreditlər hesabına inkişaf edən özəl müəssisələrdə 8 mindən çox adam özünə daimi yeri tapmışdır. Artıq muxtar respublikada istehsal olunan ümumi daxili məhsulun 87 faizi qeyri-dövlət  müəssisələrinin payına düşür. Son 13 ildə 55 dövlət müəssisəsi səhmdar cəmiyyətə çevrilmişdir. Təkcə son 10 ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı 13,9, sənaye məhsulu istehsalı 49, kənd təsərrüfatı məhsulları istehsalı 4,7 dəfə artmışdır ki, bunların əksəriyyəti özəl sektorun payına düşür.

Hazırda regionda fəaliyyət göstərən sahibkarlıq müəssisələrində 80 min adam çalışır. Sahibkarlıq müəssisələri təkcə şəhərlərdə deyil, muxtar respublikanın bütün coğrafi ərazilərində, ən ucqar kəndlərdə də yaradılır. Ümumi tutumu 11720 ton olan 15 soyuducu anbar bir tərəfdən muxtar respublikada istehsal olunan meyvə-tərəvəzi qoruyub saxlamağa, digər tərəfdən əhalini il boyu kənd təsərrüfatı məhsulları ilə təmin etməyə imkan verir. Ərzaq təhlükəsizliyinin təmin olunması üçün 4 iri heyvandarlıq kompleksi qurulmuş, ayda 246 min ədəd yumurta,  200 min cücə, 26 ton toyuq əti istehsal edən quşçuluq müəssisəsi istifadəyə verilmişdir. Bunlardan əlavə, qızıl xallı ala balıq təsərrüfatında ildə 360 ton balıq istehsal edən bölmə fəaliyyətə başlamışdır. Aqrar sektora edilən dövlət yardımı, güzəştlərin tətbiqi və kreditlərin ayrılması 2014-cü ilin son 10 ayında qaramalın sayını 112,6 min qoyunkeçinin sayını 670 min başa çatdırmağa imkan vermişdir.

 

Asif ŞİRƏLİYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2015.- 11 yanvar.-  S.6.