3. Çin - feodalizmdən sosializmə aqrar keçid

 

Çin sosializmininonun iqtisadi siyasətinin kökündə torpağın onu əkib-becərənlərə verilməsi və feodal münasibətlərinin ləğv edilməsi dayanırdı. İslahatlar inqilabi xarakter daşıyırdı və feodal-istismar münasibətlərinin  ləğvinə və kənd təsərrüfatında yeni mülkiyyət formalarının yaradılmasına yönəlmişdi. Bu məqsədlə islahatlar zamanı varlı kəndlilərin torpaqları və əllərindəki istehsal vasitələri özlərində qalmış, onlara əkib-becərə bildikləri qədər torpaqlardan istifadə etməyə icazə verilmişdir. Qazanc güdmək məqsədilə başqalarına icarəyə verilən torpaqlar isə əllərindən alınmışdır.

Beləcə şəxsi mülkiyyətlə yanaşı, kollektiv, kooperativ, icarə, ailə-fermer təsərrüfatlarının yaradılması  kəndlini səfalət və feodal istismarından xilas etdi. Mülkədarların sinif kimi ləğv edilməsi qarşıya məqsəd qoyulsa da, onlar  keçmiş SSRİ-də sovet hakimiyyətinin ilk illərində olduğu kimi, kütləvi şəkildə fiziki məhvə məruz qalmadılar. Əksinə, hamıya dolanmaq üçün bərabər şərait yaradıldı. Nəticədə 300 milyon kasıb çinliyə 46 milyon hektar münbit torpaq, əkib-becərmək üçün qoşqu heyvanları, texnika verildi. Kəndli illik renta haqqı ödəməkdən azad edildi. Orta və kasıb kəndlilərin əlində torpağın 90 faizi cəmləşdi. Beləliklə, Çində 2 min ildən artıq ömür sürən və kəndlini əbədi yoxsulluğa sürükləyən feodal-torpaq mülkiyyətinə son qoyuldu.

Bu, kənd təsərrüfatında dönüş yaradan böyük inqilab idi. Həmin islahatları 1945-1949-cu illərdə həyata keçirən Çin Kommunist Partiyasının nüfuzu kəndlilərin gözündə xeyli qalxdı.  1950-ci ildə isə Çin kommunistləri feodalizmin şimal-şərqi Çində ləğv edildiyini elan etdilər.

Torpağın cüzi qiymətə yarım əsrə kimi icarəyə verilməsi, aqrar kreditlərin illik 5 faizlə təklif edilməsi kəndlinin əlindən tutdu. Çin kəndlisi işlərini nizama salmaq üçün minnətçi düşmür, onu sıxışdıran da olmur. Ümumiyyətlə, indi Çin hökuməti  kiçik biznesə rəğbətlə yanaşır. Nəticədə Rusiyadan əhalisi 9,2 dəfədən artıq, ərazisi isə 2,5 dəfə az olan Cin özünü Şimal qonşularından fərqli olaraq bir çox ərzaq məhsulları ilə təmin edir, ixracda liderliyi əlində saxlayır. Çinli fermer həmçinin rusiyalı həmkarlarından fərqli olaraq spirtli içkilərin aludəçisi deyilsübh tezdən tarlaya çıxır, gün batanacan işləyir. Hökumətin çəkdiyi rahat yollar isə kəndliyə istehsal etdiyi məhsulu meqapolislərə nisbətən az itkilərlə və tez daşımağa imkan verir.

Nəticədə bir çox regionlarda vaxtilə çay plantasiyalarında ayda 100 dollar qazananda sevinən kəndli indifermer şəhərləri”ndə özünə bahalı ev ala bilir. O, həmçinin ehtiyat,  sosial, inzibati idarəetmə fondlarına, maarifin inkişafına, yolların tikintisinə, planlaşdırılmış uşaq doğumuna qoyulan vergilərdən azad edilmişdir. Neçə illərdir ki, bütün kənd əhalisini əhatə edən sosial sığorta sistemi tətbiq olunur. Beləliklə, Çin kəndlisinin illik qazancı nəzərəçarpacaq dərəcədə artmışdır.

2006-cı ildə hökumət kəndlini taxıl istehsalına həvəsləndirmək üçün 1,4 milyard və kənd əhalisinə dəstək məqsədilə 1,94 milyard ABŞ dolları həcmində maliyyə vəsaitləri ayırmışdır. Sonrakı ildə isə Çin hökuməti aqrar sektora qoyduğu ümumi subsidiyaların həcmini 59 milyard dollara çatdırdı. Eyni zamanda, alimlər taxılın yeni növlərini yetişdirir, məhsuldarlığın artması üçün yeniliklər tətbiq edirlər. Təkcə son 20 ildə hökumət 10 milyard dollardan çox xarici investisiyalardan istifadə edərək aqrar sektoru elit toxum növləri, cins mal-qara, tinglərlə təmin etmişdir. Ölkədə müasir texnologiyalar da cəsarətlə tətbiq olunur.

Ümumiyyətlə, bu gün Çində aqrar sektorun inkişafı prioritet sayılır. Kəndliyə maneəsiz bank kreditləri, büdcə assiqnasiyaları  ayrılır, fermerin maraqlarını təmin edən qanunlar paketinormativ-hüquqi aktlar qəbul olunur, aqrar sektor bazar iqtisadiyyatının tələbləri ilə uzlaşdırılır.

Bu gün Çində təqribən 313 milyon insan aqrar sektorda çalışır. Bu göstərici İngiltərə, Almaniya, Fransa, İtaliya, Meksika, YaponiyaRusiyada kənd təsərrüfatında çalışanların ümumi sayından 6 dəfə çoxdur. İldə 110 milyon hektarda taxıl becərən  ölkənin torpaq fondunun yalnız 21 faizi yüksək məhsuldarlığa malikdir. İstehsal edilən dənli bitkilərin tən yarısı düyünün payına düşür. Bütün əkin sahələrinin 20 faizində də bu bitki əkilir. Çin pambıq istehsalında liderlik edən  ölkələrdən biridir. Meyvə-tərəvəz ixracında da Çin birinci yeri tutur. Hökumət isə 2020-ci ildə kənd təsərrüfatı elmlərinin tətbiqində dünya  liderinə çevrilməyi qarşısına məqsəd qoymuşdur.

Bütün uğurlara baxmayaraq, Çininaqrar sektoru bəzi təhlükələrlə üzləşir.  Əhalisi 1,35 milyard nəfəri keçən, illik əhali artımı 6,6 milyona çatan ölkə üçün hamını doydurmaq o qədər də asan deyil. Onu da nəzərə alaq ki, burada da kəndlilərin şəhərə axını var. Məsələn, 2013-cü ildə 12,6 milyon kəndli şəhərlərə köçmüşdür. Bu da kənd əhalisinin sayının azalaraq 629,6 milyon nəfərə düşməsinə səbəb olmuşdur. Bundan savayı, aqrar sektorda torpağın pestisidlərlə zəhərlənməsi, münbit əkin sahələrinin azlığı kimi problemlər də mövcuddur. Torpağın münbit qatının sənaye tullantıları ilə çirklənməsi isə bəzi rayonlarda ekoloji faciələrə səbəb olur. Təkcə ötən il 3,3 milyon hektar torpağın artıq əkinə yararlı olmadığı, Rusiya ilə sərhəd rayonlarda şirin su ehtiyatlarının tükəndiyi üzə çıxmışdır.

Lakin hökumət əhalinin ərzağa olan tələbatını idxalsız təmin etmək iddiasından əl çəkmir və hətta bu məqsədlə yerli fermerləri başqa ölkələrin ərazilərində torpaq icarə götürməyə istiqamətləndirir. Yeri gəlmişkən qeyd edək ki, artıq neçə müddətdir çinli fermerlər Sibirdə və Uzaq Şərqdə torpaq icarəyə götürüblər. Ötən ildən isə Çin Ukraynada 3 milyon hektar torpaq sahəsini 50 illik icarəyə götürməyə cəhd edir. Belə layihələrin Mərkəzi AsiyaAfrika ölkələrində də reallaşdırılmasına start verilib. Amma çinlilər bu işdə də müəyyən problemlərlə qarşılaşırlar. Məsələn, rusiyalı mütəxəssisləri icarəyə götürülən torpaqların pestisidlərlə təhlükəli səviyyəyədək zəhərlənməsi narahat edir. Bundan başqa, çinli fermerlərin torpaqları icarəyə götürməsini Rusiyanın Uzaq Şərqini zəbt etmək niyyəti güdən Çin hərbi doktrinasının elementi kimi nəzərdən keçirənlər, onların bu təşəbbüsünü “səlib yürüşü” qədər faciəvi notlarda qiymətləndirənlər də var. Bu mövqe isə Rusiya dövlətinin rəsmi qərarlarına təsirsiz ötüşmür.

Amma bütün hallarda Çinin aqrar sektorundan öyrənməli və tətbiq edilməli çox nümunələr var.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2015.- 11 yanvar.-  S.6.