Azərbaycan Respublikası hökuməti
ilə BMT-nin Sənaye İnkişafı
Təşkilatı arasında əməkdaşlığa dair 2014-2018-ci illər üçün
Çərçivə Proqramının təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair 2014-cü il noyabrın 26-da Bakı şəhərində imzalanmış 2014-2018-ci illər üçün Çərçivə Proqramı təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Proqramının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Çərçivə Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Sənaye İnkişafı Təşkilatına bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2015-ci il
Azərbaycan.-2015.- 13 yanvar.- S.2.