Fransadakı Azərbaycan icması Parisdə
törədilmiş terror aktı ilə
bağlı bəyanat yayıb
Fransadakı
Azərbaycan diasporu “Çarli Hebdo” jurnalının
redaksiyasına edilmiş terror aktını pisləyən bəyanat
yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, Paris Azərbaycan Evinin yaydığı bəyanatda bildirilir ki, Azərbaycan icması redaksiyanın əməkdaşlarına qarşı törədilmiş bu terror aktını insanlığa zidd addım kimi qiymətləndirir.
Bəyanatda Azərbaycan icmasının hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verdiyi və onların ağrı-acısını bölüşdüyü bildirilir. İnsanların dini inanclarına hörmətlə yanaşılmasına, tolerantlıq nümayiş etdirilməsinə, terrora qarşı mübarizədə birləşməyə çağırışın əksini tapdığı bəyanatda, həmçinin bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.
Bəyanatın mətni “Çarli
Hebdo” jurnalının redaksiyasına, Fransa parlamentinə, Yelisey
sarayına və yerli mətbuata göndərilib.
Azərbaycan.-2015.- 13 yanvar.- S.2.