Azərbaycanın həyata keçirdiyi
layihələr
təkcə
özünə deyil, bütün
regiona xidmət edir
Bu barədə Nazirlər Kabinetinin iclasında
danışılmışdır
“Keçən il bir neçə iri layihə icra edilmişdir. Hər bir layihə özlüyündə nəhəng bir layihədir... Bu əsas infrastruktur və sənaye layihələri ancaq güclü dövlətdə icra edilə bilər.”
İlham ƏLİYEV
2014-cü il də tarixdə Azərbaycanın hərtərəfli inkişafının davam etdiyi, makroiqtisadi sabitliyin möhkəmləndiyi, əhalinin güzəranının daha da yaxşılaşdığı, ölkəmizin dünyadakı nüfuzunun artdığı il kimi qalacaq. Keçən il iqtisadiyyatda 3 faiz artım olub. Bir çox ölkələrdə tənəzzülün müşahidə edilməsi, ən yaxşı hallarda isə artımın 1 faiz qədər artması müqabilində bu, yüksək göstəricidir.
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkənin hərtərəfli uğurlu inkişafı bir daha vurğulanıb. Qeyri-neft sektorunda 7 faiz artım olduğu qeyd edilib. Prezident İlham Əliyev qazanılan bütün müvəffəqiyyətlərin səbəbini belə səciyyələndirib: “Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək”.
Ötən il uğurlar çox olub. İnflyasiya cəmi 1,4 faiz
təşkil edib. Əhalinin pul gəlirləri 4,8 faiz artıb. İqtisadiyyata 27 milyard dollar investisiya
qoyulub ki, bunun da yarıdan
çoxu daxili sərmayələrdir. Valyuta ehtiyatları
artıb. Keçən
il ölkədə
böyük infrastruktur
layihələrinin reallaşdığına,
xərclərin çox
olduğuna baxmayaraq valyuta ehtiyatlarının artması da böyük nailiyyət kimi dəyərləndirilməlidir.
İnfrastruktur layihələrindən söz
düşmüşkən qeyd edək ki, onlarca yeni
sosial-iqtisadi əhəmiyyətli
obyekt məhz
2014-cü ilin yadigarıdır. Belə
ki, keçən il Heydər
Əliyev Beynəlxalq
Aeroportunun yenidən qurulması başa çatdırılıb. Ələt Beynəlxalq
Dəniz Ticarət Limanının bərə
terminalı istifadəyə
verilib. Bu, layihənin hələ yalnız bir hissəsidir. “Şəmkirçay” su anbarı istismara daxil olub ki,
bu da təkcə
bölgənin deyil, bütün ölkənin
inkişafına töhfə
verəcək. “Norm” sement zavodunun işə düşməsi
isə nəinki xaricdən məhsul gətirilməsinə son qoyacaq,
hətta ixrac imkanları yaradacaq.
Keçən il “Sənaye ili” idi. Odur ki,
il ərzində
230-dan çox yeni sənaye müəssisəsinin
yaradılması təsadüfi
deyil. Bu isə 100 mini
daimi olmaqla 123 min yeni iş yerinin
açılması deməkdir.
Ölkənin müxtəlif regionlarında
istifadəyə verilmiş
60-dan çox tibb mərkəzi, 50-dən artıq
məktəb də
2014-cü ilin yadigarıdır.
Həyata keçirilən layihələr
sırasında ikinci peykimizin orbitə buraxılması özünəməxsus
yer tutur. Bu, Azərbaycanda kosmik sənayenin sürətlə
inkişaf etdiyini, yeni texnologiyalara, innovasiya layihələrinə
sərmayə qoyulduğunu
və nəticənin
ürəkaçan olduğunu
təsdiqləyən faktdır.
Bütün bunlarla yanaşı,
keçən il “ASAN xidmət”in yeni mərkəzlərinin
açılması ilə
əlamətdar olub. İndi ölkədə 7 mərkəz
fəaliyyət göstərir.
İki ildə “ASAN xidmət”ə 3,5 milyon müraciət edilib.
Təqdirəlayiq haldır ki, sözügedən layihələr
iqtisadiyyatın və
sosial həyatın bütün sahələrini
əhatə edir. Götürək elə ekologiya sahəsini. Bu istiqamətdə görülmüş
çoxşaxəli işlər
davam edir. Bu il Zığ
gölünün təmizlənməsi
nəzərdə tutulub.
Ümumiyyətlə, Bakının
ətrafında yerləşən,
neftlə, lay suları
ilə çirklənmiş
göllərin hamısının
mərhələlərlə təmizlənməsi planlaşdırılır.
Bu ilin yayında
Böyükşor gölünün
təmizlənməsinin birinci
mərhələsi başa
çatacaq. Bütün bu
işlərin görülməsində
məqsəd Bakının
parklar, bağlar şəhəri olduğu
kimi təmiz göllər şəhəri
də olmasıdır.
Azərbaycanda həyata keçirilən
nəqliyyat layihələri
isə təkcə ölkəmizə deyil, bütün regiona xidmət edir. Keçmiş SSRİ məkanında Azərbaycan
birinci ölkədir ki, ən müasir
“Boeing-787” Dreamliner təyyarəsi
alıb. Digər müasir
sərnişin təyyarələri
də alınıb, Dəniz Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir.
Nazirlər Kabinetinin iclasında
dövlət başçısı
nəqliyyat infrastrukturunun
yaradılmasının önəmini
vurğulayaraq demişdir:
“Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları
ilə artıq bir regional mərkəzə
çevrilibdir. Biz bu rolumuzu daha
da gücləndirməliyik.
Bizim coğrafi vəziyyətimiz güclü
nəqliyyat infrastrukturu
ilə də təmin edilməlidir... Biz bu dəhlizləri
gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri
- onlar Azərbaycan üzərindən keçir.
Azərbaycanda yaradılan və
yaradılacaq nəqliyyat
infrastrukturu həm ölkəmizə, həm
də qonşulara xidmət göstərəcəkdir”.
Əgər deyilənlərə Bakıda
gəmiqayırma zavodunun
fəaliyyət göstərdiyini
və burada artıq müxtəlif təyinatlı gəmilərin
buraxıldığını əlavə etsək, Azərbaycan dövlətinin
nəqliyyat infrastrukturuna
verdiyi dəyərin bir daha şahidi
olarıq.
2014-cü ildə baş verən hadisələrin, qazanılan uğurların, reallaşdırılan layihələrin ən önəmliləri sırasında “Cənub” qaz dəhlizinin təməlinin qoyulması dayanır. Bu, 20 il əvvəl bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının daha bir təntənəsidir. Təsadüfi deyil ki, dəhlizin təməli məhz sentyabrın 20-də - “Əsrin müqaviləsi”nin imzalanmasının 20 ilinin tamam olduğu gündə qoyuldu.
Növbəti illərdə mərhələ-mərhələ həyata keçiriləcək, yəni Bakı-Tbilisi-Ərzurum kəmərinin genişləndirilməsini, TANAP və TAP kimi böyük kəmərlərin çəkilişini özündə birləşdirən bu layihə Azərbaycanın liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir.
Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Çünki o, Avropa istehlakçıları üçün əvəzedilməz ölkəyə çevrilir. Prezident İlham Əliyevin dediyi kimi: “Bunu çox izah etməyə də ehtiyac yoxdur. Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq və getdikcə bu rol artacaq. Çünki Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır... Əminəm ki, bu layihəni də uğurla icra edəcəyik. Çünki bu günə qədər bir dənə də layihə olmamışdır ki, biz onu başlayaq və icra etməyək. Həm Bakı-Tbilisi-Ceyhan, həm Bakı-Tbilisi-Ərzurum, həm də Bakı-Tbilisi-Qars, yəni beynəlxalq layihələrdən söhbət gedir. Əminəm ki, “Cənub” qaz dəhlizi də tam şəkildə icra ediləcəkdir”.
Ölkəmiz neft-qaz sektorunun inkişafından əldə etdiyi gəlirləri xalqın güzəranının daha da yaxşılaşmasına, iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən qeyri-neft sektorunun genişləndirilməsinə, sosial və infrastruktur layihələrin icrasına yönəldir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında: “Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, neft-qaz amili bizim üçün bir vasitədir. Bu, inkişaf etmək, dayanıqlı və çoxşaxəli iqtisadiyyat qurmaq üçün bir vasitədir. Biz bu vasitədən səmərəli şəkildə istifadə edirik” demişdir.
Qazanılmış və bundan sonra qazanılacaq bütün nailiyyətlərin əsasında dayanan da dövlətin bu uğurlu, düzgün siyasətidir.
Flora SADIQLI,
Azərbaycan.-2015.- 13 yanvar.- S.3.