Prezident İlham ƏLİYEV: “İnfrastruktur layihələrinə, real sektora qoyulan vəsait bu gün işləyir və biz bu vəsait hesabına ümumi iqtisadi inkişafımızı təmin edirik

 

 

Dünya 2008-ci ilin qlobal iqtisadi və maliyyə böhranından qurtulmamış ötən il beynəlxalq aləmdə baş verən siyasi qarşıdurmalar nəticəsində ikinci bir böhranla üz-üzə qalıb. Nəticədə neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Bu da öz növbəsində dünya iqtisadiyyatında mövcud olan ahəngdarlığı və balansı pozub.

Beynəlxalq güclərin siyasi qarşıdurması hazırda dünya iqtisadiyyatını dərin böhran vəziyyətinə gətirib. Böhranın nə qədər davam edəcəyi məlum deyil. Fəsadları isə aydın görünməkdədir. Bir çox ölkələrdə iqtisadi inkişaf tempi dayanıb, əhalinin güzəranı isə gündən-günə pisləşməkdə davam edir.

Həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində Azərbaycan bu iqtisadi təlatümlərdən özünü sığortalaya bilib. Baxmayaraq ki, dünya, o cümlədən qonşu dövlətlərin bir çoxu üçün 2014-cü iluğurlu olmayıb, ölkəmiz inkişaf edib. Prezident İlham Əliyev bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Baxmayaraq ki, ilin sonunda neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin. İnflyasiya çox aşağı səviyyədə olmuşdur - 1,4 faiz. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələmişdir. Deyə bilərəm ki, son illər ərzində bu mənzərə müşahidə olunur - əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə qabaqlayır. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir”.

İqtisadiyyatın dinamik inkişafında investisiya qoyuluşu xüsusi önəm daşıyır. Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətdə bu sahə prioritet sayılır. Bunun nəticəsidir ki, son illər ölkə iqtisadiyyatına kapital qoyuluşu dinamik şəkildə artmaqda davam edib. Hazırda kapital qoyuluşunda daxili sərmayələr üstünlük təşkil edir. Məsələn, keçən il ölkə iqtisadiyyatına yatırılmış 27 milyard dollar investisiyanın 16 milyardı daxili sərmayələrin payına düşüb. Ancaq əlverişli investisiya mühiti xarici sahibkarları da ölkəmizə sərmayə qoymağa təşviq edib - keçən il ölkə iqtisadiyyatına 11 milyard dollar həcmində xarici investisiya qoyulub.

Məlumdur ki, hazırda dünyada baş verən iqtisadi böhran investisiya qoyuluşunu riskli edib. Lakin xarici sərmayədarlar əmindir ki, Azərbaycana qoyulan investisiya onlara dividendlər gətirəcək. Bu çox mühüm amildir. Dövlət də bunu nəzərə alaraq qanunvericilik bazasını təkmilləşdirərək xarici sərmayədarlar üçün əhəmiyyətli investisiya mühiti yaradıb. Xarici sərmayədarlara ikinci bir güvənci isə ölkədə davam edən dinamik iqtisadi inkişaf verir.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqaməti ölkənin sənayeləşməsi və qeyri-neft sektorunun inkişafıdır. Məhz bu məqsədlə ötən il “Sənaye ilielan edilmişdi. Nəticədə 230-dan çox sənaye müəssisəsi yaradıldı. Həmin müəssisələrin fəaliyyəti məhsul istehsalını artırmaqla bərabər, yeni yerlərinin açılmasına da şərait yaratdı. Ümumiyyətlə, keçən il 123 min yeni yeri açıldı. Onların təxminən 100 mini daimidir.

Sənayedə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən uğurlu islahatlar da öz töhfəsini verirson 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunur. Ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisinin 47 faizdən 60 faizə çatması da elə bu hesabadır.

Sənayeləşmə prosesi paytaxtla bərabər, bölgələrdə də uğurla həyata keçirilir. Yola saldığımız 2014-cü ildə bölgələrdə 50-dən çox iri sənaye, istehsal, emal və xidmət müəssisələri istifadəyə verilib. Məqsəd ölkənin hərtərəfli inkişafını təmin etmək, yerli xammaldan istifadə edərək məhsulun maya dəyərini aşağı salıb dünya bazarına rəqabətqabiliyyətli keyfiyyətli məhsul çıxarmaqdır. Bunun nəticəsidir ki, hazırda bölgələrimizdəki bir çox müəssisələr istehsal etdikləri məhsullarla daxili tələbatı ödəməklə bərabər, xarici bazara da məhsul ixrac edir. Bu da ölkəmizin imicinin artmasına və valyuta gəlirlərinin çoxalmasına imkan verir.

Azərbaycan iqtisadiyyatında aqrar sektor xüsusi çəkiyə malikdir. Ölkə əhalisinin 48 faizə qədərinin bölgələrdə yaşamasını nəzərə alsaq, aqrar sektorun inkişafının eyni zamanda regionlarda məşğulluğun və əhalinin güzəranının yaxşılaşmasına təkan verən başlıca amil olduğunu görərik. Regionların inkişafına göstərilən dövlət qayğısının əsas qayəsi də bu məqsədə xidmət edir. O məqsədə ki, onun nəticəsində regionlarda təkcə keçən il 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisələri istifadəyə verilib. Hazırda 530-dan çox müəssisənin tikintisi davam edir. Bununla bərabər, sosial sahələrin inkişafına da diqqət yetirilir. İl ərzində regionlarda 190-dan çox tədris müəssisəsi, 60-dan çox tibb ocağı, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilibya əsaslı təmir olunub.

Bütün çətinliklərə baxmayaraq, cari ildə də ölkəmiz iqtisadi uğurlarını davam etdirmək əzmindədir. Bu nikbinlik səbəbsiz deyil. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü il sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cari ildə görüləcək işlərlə bağlı demişdir: “Son illərdə biz ölkəmizin sürətli inkişafını təmin etmək üçün iqtisadiyyata böyük vəsait yönəltmişik. Hesab edirəm ki, bu, düzgün siyasət idi. Bu siyasət bugünkü reallıqları təmin edir. İnfrastruktur layihələrinə, real sektora qoyulan vəsait bu gün işləyir və biz bu vəsait hesabına ümumi iqtisadi inkişafımızı təmin edirik. 2015-ci ildə ölkə iqtisadiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələr, təbii ki, tam şəkildə icra ediləcək. Demək istəyirəm ki, bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə təmin ediləcəkdir”.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2015.- 13 yanvar.-  S.3.