2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin

 ümumi yekunlarına dair Azərbaycan Respublikası

 Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 6/72

 

Mərkəzi Seçki Komissiyasının 21 oktyabr 2014-cü il tarixli 4/25 saylı qərarına əsasən Azərbaycan Respublikasında 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində ölkə üzrə seçici siyahısına daxil edilmiş 4831328 seçicinin 1880390 nəfəri, yaxud seçicilərin ümumi sayının 38,92%-i səsvermədə iştirak edib və seçkilər baş tutub.

Seçkilərin hazırlanması və keçirilməsi dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunmaqla, qeydə alınmış 37077 bələdiyyə üzvlüyünə namizədə təşviqat dövründə bərabər şərait yaradılıb. Ölkə üzrə 1607 bələdiyyəyə 15035 bələdiyyə üzvünün seçilməsi üçün 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində səsvermə keçirilib.

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində - Dağlıq Qarabağ regionunda (Xankəndi şəhəri, Şuşa, Xocalı, Əsgəran və Xocavənd rayonları), Ağdərə, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında tam, AğdamFüzuli rayonlarının isə işğal altında olan hissəsində bələdiyyə seçkilərinin keçirilməsi qeyri-mümkün olub, Azərbaycan Respublikasının suveren hüquqlarının və işğal nəticəsində məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının digər hüquqları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının yaradılmasında iştirak hüququbu orqanlara seçmək və seçilmək hüququ kobud şəkildə pozulub.

Seçkilər zamanı aşkarlığın təmin olunması üçün qanunamüvafiq zəruri tədbirlərin görülməsi, mövcud seçki məntəqələrinin 20 faizində veb-kameraların tətbiqi və müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü 50000-dən çox müşahidəçi, eləcə də respublikada fəaliyyət göstərən çoxsaylı KİV nümayəndələri seçkilərin gedişini birbaşa izləyib.

Seçki günü səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq səslərin hesablanılmasına başlanılıb, ölkə üzrə seçkilər keçirilmiş məntəqə seçki komissiyalarının protokollarındakı məlumatlar operativ şəkildə Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilib və gecəyarısı saat 00:30-da daxil olmuş 70 faizdən artıq məntəqə seçki komissiyalarının protokollarındakı məlumatlar əsasında Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin ilkin nəticələri elan edilib. Səsvermənin səhərisi, günün birinci yarısında artıq ölkə üzrə bütün məntəqələrin protokol məlumatları Mərkəzi Seçki Komissiyasının internet səhifəsinə daxl oldu və beləliklə də həm ölkə, həm də beynəlxalq ictimaiyyətin seçkinin ilkin nəticələri ilə tanış olması üçün imkan yaradıldı.

Yekun protokolları və digər seçki sənədləri məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına qanunla müəyyənləşdirilmiş müddətdə çatdırılıb, dairə seçki komissiyalarının bütün bələdiyyələr üzrə protokolları qanunvericiliyə uyğun olaraq səsvermə günündən sonra iki gün müddətində Mərkəzi Seçki Komissiyasına daxil olub. Protokolonlara əlavə edilmiş digər sənədlərdəki məlumatlar, habelə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər ətraflı araşdırılıb. Nəticədə bir qisim bələdiyyələrdə səsvermənin nəticələrinin dairə seçki komissiyası tərəfindən rəsmiləşdirilməsi ilə əlaqədar seçkilərin nəticələrinə təsir edən ciddi qanun pozuntularına və kobud səhvlərə yol verilməsi, bəzi hallarda müvafiq məntəqə seçki komissiyaları tərəfindən seçicilərin səsvermə hüquqlarının məhdudlaşdırılmasına yol verildiyi müəyyən edilib, 40 seçki məntəqəsində və bunun da nəticəsində daha 7 bələdiyyədə (1 bələdiyyə üzrə səsvermənin nəticələri Mərkəzi Seçki Komissiyasının 2/35 saylı 5 yanvar 2015-ci il tarixli qərarı ilə etibarsız hesab edilib) səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün ciddi əsaslar aşkar edilib.

Ümumilikdə müəyyən edilib ki, 8 bələdiyyə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi şərtilə 14963 nəfər bələdiyyə üzvü seçilib, nəticədə 1599 bələdiyyə tam tərkibdə formalaşıb.

54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər, 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən Seçki Məcəlləsinin tələblərinin ciddi şəkildə pozulması halları müəyyən olunub.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 25-ci, 28.2-ci, 28.4-cü, 107.4-cü, 112.9-cu, 239-cu, 240-cı və 241-ci maddələrinə əsasən qərara alır:

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsi nəzərə alınsın.

2. 40 seçki məntəqəsi üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

3. Bəzi seçki məntəqələri və bələdiyyələr üzrə seçkilərin etibarsız hesab edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları nəzərə alınaraq, ümumilikdə 43 seçki məntəqəsində (Əlavə 1) səsvermənin nəticələri və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2.1-ci maddəsinə əsasən 8 bələdiyyəyə (Əlavə 2) seçkilər etibarsız hesab edilmiş sayılsın.

4. Seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən 1599 bələdiyyənin tam tərkibdə formalaşması nəzərə alınsın.

5. Bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısı elan edilsin.

6. Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyaları, habelə müxtəlif səbəblərdən nəticələri etibarsız hesab edilmiş 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 15 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 12 saylı, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 37 saylı, 71 saylı Masallı kənd seçki dairəsinin 4 saylı və 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 42 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılsın.

7. Bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilsin.

Sədr       Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

12.01.2015

 

 

A Z Ə R B A Y C A N   R E S P U B L İ K A S I

 

 

 

 

BƏLƏDİYYƏ  SEÇKİLƏRİ

23 dekabr 2014-cü il

Səsvermənin ümumi yekunlarına dair

 

Mərkəzİ  Seçkİ  Komİssİyasının

 

P R O T O K O L U

 

 

Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının bələdiyyələr üzrə təqdim etdiyi protokollarına əsasən səsvermənin ümumi yekunlarını müəyyən etmişdir:

 

1.

Seçkilər təyin edilmiş bələdiyyələrin sayı

 

 

 

Bir min altı yüz yeddi

 

1 607

 

(sözlə)

 

(rəqəmlə)

2.

Seçkilər təxirə salınmış bələdiyyələrin sayı

 

 

 

Sıfır

 

0

 

(sözlə)

 

(rəqəmlə)

3.

Seçkilər keçirilmiş bələdiyyələrin sayı

 

 

 

Bir min altı yüz yeddi

 

1 607

 

(sözlə)

 

(rəqəmlə)

4.

Seçkilər keçirilmiş seçki dairələrinin sayı

 

 

 

Bir yüz on səkkiz

 

 118

 

(sözlə)

 

(rəqəmlə)

5.

Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı

 

 

 

Dörd milyon səkkiz yüz otuz bir min üç yüz iyirmi səkkiz

 

 4 831 328

 

(sözlə)

 

(rəqəmlə)

 

 

6.

Səsvermədə iştirak etmiş seçicilərin sayı *

 

 

Bir milyon səkkiz yüz səksən min üç yüz doxsan

 

1 880 390

 

(sözlə)

 

(rəqəmlə)

 

7.

Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülən bələdiyyələr üzrə dairə seçki komissiyası protokollarının sayı

 

 

Bir min altı yüz yeddi

 

1 607

 

(sözlə)

 

(rəqəmlə)

8.

Səsvermənin baş tutmadığı bələdiyyələrin sayı

 

 

Sıfır

 

  0

 

(sözlə)

 

(rəqəmlə)

9.

Etibarsız hesab edilmiş məntəqə seçki komissiyaları protokollarının sayı **

 

 

 

Qırx üç

 

  43

 

(sözlə)

 

(rəqəmlə)

10.

Səsvermənin nəticələri etibarsız hesab edilmiş bələdiyyələrin sayı ***

 

 

 

Səkkiz

 

8

 

(sözlə)

 

(rəqəmlə)

11.

Səsvermənin nəticələri etibarlı hesab edilmiş bələdiyyələrin sayı ****

 

 

 

Bir min beş yüz doxsan doqquz

 

 1 599 

 

(sözlə)

 

(rəqəmlə)

   12.

Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq nəticələr ləğv edildikdən  sonra səsvermədə iştirak etmiş seçicilərin sayı

 

 

Bir milyon səkkiz yüz altmışdörd min  yeddi yüz otuz altı

 

1 864 736

 

(sözlə)

 

(rəqəmlə)

13.

Tam tərkibdə formalaşmamış bələdiyyələrin sayı

 

 

Sıfır

 

 0

 

(sözlə)

 

(rəqəmlə)

 

a)  Üzvlərinin sayının 2/3 hissəsindən az olmaqla

 

 

S Sıfır ıfır

 

 0

 

  (sözlə)

(rəqəmlə)

 

b)  Üzvlərinin sayının 2/3 hissəsindən çox olmaqla

 

 

Sıfır

 

 0

 

(sözlə)

 

(rəqəmlə)

                                                               

 

 

 

 

 

14.

Bələdiyyə üzvü seçilənlərin sayı ****

 

 

 

On dörd min doqquz yüz altmış üç

 

14 963

 

(sözlə)

 

(rəqəmlə)

 

 

 

Mərkəzi Seçki

Komissiyasının

sədri

Pənahov Məzahir Məhəmməd oğlu

 

Komissiya

sədrinin müavini

MƏMMƏDOV Natiq Seyfulla oğlu

 

Komissiyanın

katibi

MUXTAROVA Arifə Ağaverdi qızı

 

Komissiyanın

katibi

RƏHİMOV Mikayıl Rəhman oğlu

 

Komissiyanın

üzvləri:

ƏLİYEV Şaitdin Sərdar oğlu

 

 

CAVADOV  Fuad Musa oğlu

 

 

 

İbrahİmov Ramiz Hilal oğlu

 

 

 

Kazımova Validə Faiq qızı

 

 

 

Orucov Qabil Əhməd oğlu

 

 

 

HƏSƏNOV Tofiq Eldar oğlu

 

 

 

Məmmədov İlham Sabir oğlu

 

 

 

NADİROV Nizami Hüseyn oğlu

 

 

              M.Y.

Tağıyev Azər Cabir oğlu

 

 

 

CƏFƏROVA TamamŞaməmməd qızı

 

 

 

ƏSGƏROV Bəxşeyiş Məmməd oğlu

 

 

 

QƏHRAMANLI Almas Əlisultan qızı

 

 

 

QURBANOV Akif Yaqub oğlu

 

 

QULİYEV Etibar Cəfər oğlu

 

                           

 

 

 

 

Protokol  12 yanvar 2015-ci il  saat 18.10-da tərtib edilmişdir.

 

 

Komissiyanın həlledici səs hüquqlu üzvünün xüsusi rəyi haqqında qeyd: ­­­­­___­____ ____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

 

 

 

 

(soyadı, adı, atasının adı)

 

(imza)

 

 

 

 

*                  Seçicilərin fəallığı  [seçicilərin ümumi sayına (5) nisbətən faizlə] :  38.92%

**             1 saylı əlavə

***           2 saylı əlavə

****          3 saylı əlavə

 

 

 

 

Əlavə 1

 

Mərkəzi Seçki Komissiyası tərəfindən protokolları etibarsız hesab edilmiş məntəqə seçki komissiyalarının siyahısı

 

Sıra

Seçki dairəsinin sıra sayı adı

MnSK

Bələdiyyənin adı

1

11 saylı Qaradağ seçki dairəsi

40

Qobustan bələdiyyəsi

41

Sanqaçal bələdiyyəsi

2

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi

15

Lökbatan bələdiyyəsi

3

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi

22

Xaldan bələdiyyəsi

4

50 saylı Abşeron-Qobustan seçki dairəsi

30

Ərəbşalbaş bələdiyyəsi

5

54 saylı Şabran-Siyəzən seçki dairəsi

5

Şabran bələdiyyəsi

21

Uzunboyad bələdiyyəsi

37

Pirəbədil bələdiyyəsi

38

Əmirxanlı bələdiyyəsi

64

Sədan bələdiyyəsi

6

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi

43

Karrar qəsəbə bələdiyyəsi

7

60 saylı Salyan-Neftçala seçki dairəsi

33

Həsənli bələdiyyəsi

8

61 saylı Neftçala seçki dairəsi

23

Yenikənd bələdiyyəsi

9

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi

48

Mehdili bələdiyyəsi

10

67 saylı Cəlilabad şəhər seçki dairəsi

3

Cəlilabad bələdiyyəsi

11

70 saylı Masallı şəhər seçki dairəsi

14

Masallı bələdiyyəsi

34,35

Musakücə bələdiyyəsi

12

71 saylı Masallı kənd seçki dairəsi

4

Ərkivan bələdiyyəsi

13

72 saylı Yardımlı-Masallı seçki dairəsi

76

Güllütəpə bələdiyyəsi

14

74 saylı Lənkəran kənd seçki dairəsi

15

Rvo bələdiyyəsi

15

75 saylı Lənkəran-Masallı seçki dairəsi

3

Liman bələdiyyəsi

23,24,25,26

Şağlaser bələdiyyəsi

16

82 saylı Ağcabədi seçki dairəsi

1

Ağcabədi bələdiyyəsi

17

83 saylı Ağcabədi-Füzuli seçki dairəsi

42

Yuxarı Qiyaməddinli bələdiyyəsi

18

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi

13

Çaparlı bələdiyyəsi

19

88 saylı Göyçay seçki dairəsi

3

Qarabaqqal bələdiyyəsi

20

89 saylı Göyçay-Ağdaş seçki dairəsi

2

Göyçay bələdiyyəsi

21

94 saylı Bərdə kənd seçki dairəsi

26

Alpout bələdiyyəsi

22

95 saylı Tərtər seçki dairəsi

7

Tərtər bələdiyyəsi

21,37

Soyulan bələdiyyəsi

23

96 saylı Goranboy-Naftalan seçki dairəsi

15,48

Nizami bələdiyyəsi

24

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi

33

Qızılca bələdiyyəsi

62

Xoşbulaq bələdiyyəsi

25

111 saylı Zaqatala-Balakən seçki dairəsi

10

Zaqatala bələdiyyəsi

22

Danaçı bələdiyyəsi

26

113 saylı Şəki şəhər seçki dairəsi

21

Şəki bələdiyyəsi

27

119 saylı Ağdam kənd seçki dairəsi

17

Alıbəyli bələdiyyəsi

 

                                                                   Cəmi:

43

 

 

 

 

Əlavə 2

 

 

Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri etibarsız hesab edilmiş bələdiyyələrin siyahısı

 

Sıra

Seçki dairəsinin sıra sayı və adı

Bələdiyyənin adı

1

50 saylı Abşeron-Qobustan seçki dairəsi

Ərəbşalbaş bələdiyyəsi

2

54 saylı Şabran-Siyəzən seçki dairəsi

Uzunboyad bələdiyyəsi

Sədan bələdiyyəsi

3

70 saylı Masallı şəhər seçki dairəsi

Musakücə bələdiyyəsi

4

75 saylı Lənkəran-Masallı seçki dairəsi

Şağlaser bələdiyyəsi

5

94 saylı Bərdə kənd seçki dairəsi

Alpout bələdiyyəsi

6

95 saylı Tərtər seçki dairəsi

Soyulan bələdiyyəsi

7

96 saylı Goranboy-Naftalan seçki dairəsi

Nizami bələdiyyəsi

 

Azərbaycan.-2015.- 13 yanvar.-  S.6.