Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri

 

 

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

 

Azərbaycan.-2014.- 14 yanvar.- S.1.