Xorvatiya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri
xanım Kolinda Qrabar-Kitaroviçə
Hörmətli
xanım Qrabar-Kitaroviç,
Xorvatiya
Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İnanıram
ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi
və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı yolunda birgə səylər
göstərəcəyik.
Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, dost
Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 13 yanvar 2015-ci il.
Azərbaycan.-2015.- 14 yanvar.- S.1.