“Məhkəmələr və hakimlər
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi və məhkəmə
islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli
30 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 12, maddə 744; 2000, ¹ 1, maddə 34; 2001, ¹ 10, maddə 640; 2002, ¹ 8, maddə 478; 2006, ¹ 7, maddələr 590, 593; 2009, ¹ 11, maddə 888; 2010, ¹ 7, maddə 610) 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci abzasda “90-cı maddəsində” sözləri “90-cı maddəsinin beşinci hissəsində” sözləri ilə, “108, 117, 118, 119 və 120-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “108-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.
2. İkinci abzasda “90-cı maddəsində” sözləri “90-cı maddəsinin beşinci hissəsində” sözləri ilə əvəz edilsin.
3. İkinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda üçüncü və dördüncü abzaslar əlavə edilsin:
“həmin qanunun 90-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
həmin qanunun 113-cü maddəsinin üçüncü hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası həyata keçirir.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2015-ci il
Azərbaycan.-2015.- 14 yanvar.- S.4.