24 mərkəz, 14 müəssisə, 13 mədəniyyət

 obyekti, 12 nəqliyyat infrastrukturu...

 

Prezident İlham Əliyev ötən il 99 obyektin açılışını edib

 

Yola saldığımız 2014-cü il də xalqımız və dövlətimiz üçün uğurlu il kimi yadda qaldı. Bunun da köklü əsasları var. Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir və bu uğurlara Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində nail olunmuşdur.

Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı vurğulamışdır ki, bu gün həm regionların, həm də Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramları paralel şəkildə icra edilir. Bir il ərzində ölkəmizdə xeyli sayda sosial obyektlər - zavodlar, fabriklər, hotellər, mədəniyyət evləri, istirahət mərkəzləri, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, yollar, körpülər, tunellər, yeni yaşayış massivləri, su anbarları tikilib istifadəyə verilib.

Başqa sözlə, “Sənaye ilielan edilən 2014-cü ildə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramında nəzərdə tutulan bütün layihələr uğurla icra olunub. Tədbirlər planına əsasən hər il olduğu kimi, yenə də məktəb binalarının təmiri və yenidən qurulması davam etdirilib, orta məktəblərin, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib. Yeni dərs ili ərəfəsində rayonlarda və Bakıda bir çox orta məktəb binalarının yüksək standartlara uyğun yenidən qurulması və zəruri avadanlıqla təchiz edilməsi dövlətimizin təhsil sahəsinə olan qayğısını nümayiş etdirir. Son illər ərzində 3 minə yaxın məktəb binası tikilib istifadəyə verilib. Demək olar ki, bütün şəhərlərimizdə müasir səhiyyə ocaqları yaradılıb, əvvəlki illərdə tikilmiş xəstəxanaların çoxu əsaslı təmir edilib. Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisinibu sıraya əlavə etmək olar.

2014-cü ildə Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 22 rayona səfər edib, 78 obyektin açılış mərasiminə qatılıb. Bölgələrdə, Bakı şəhəri və qəsəbələrində tikilməkdə olan obyektlərdə gedən proseslər, təməlqoyma mərasimlərində iştirak edib, göstəriş və tapşırıqlarını verib.

2014-cü ildə dövlət başçısının açılışlarında iştirak etdiyi obyektlərin siyahısına nəzər salaq.

Mərkəzlər:

1) Heydər Əliyev mərkəzləri - Gəncə, Göygöl, Ağdaş, Xızı, Xırdalan, Daşkəsən, GoranboyNeftçala.

2) Gənclər, biznes və mədəniyyət mərkəzləri - Gəncə (Məhsəti Gəncəvi Mərkəzi), Göygöl (Gənclər Mərkəzi), Naxçıvan MR (Gənclər Mərkəzi, Biznes Mərkəzi), Beyləqan (Gənclər Mərkəzi), Qəbələ (Arxeoloji Mərkəz), Daşkəsən (Gənclərin Təlim və İstirahət Mərkəzi).

3) “ASAN xidmət” mərkəzləri - Sabirabad regional “ASAN xidmət” mərkəzi, Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzi.

4) İdman və sağlamlıq mərkəzləri - Göygöl Olimpiya İdman Kompleksi, Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzi, Milli Gimnastika Arenası, Beyləqan Mərkəzi Şəhər Stadionu, Masazır qəsəbəsində stadion, Respublika İdman Tibb, DiaqnostikaReabilitasiya İnstitutu, Kəngərli Rayon Mərkəzi Xəstəxanası.

Hotellər:

Şamaxı - “Şamaxı Palace Platinum By Rixos”, Qəbələ- “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksi, Naftalan- “Qarabağ SPA and Resorthotel kompleksi.

Müəssisə, zavod və fabriklər:

Gəncədə “DET-AL AlüminiumMMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları- metaltökmə və fasiləsiz yayma zavodu, Sumqayıt Azərbaycan kağız və karton istehsalat kombinatı, Sumqayıt yağ fabriki, Sumqayıt mis emalı zavodu, Ağdaş meyvə emalı zavodu, Ağdaş Gilan yem emalı zavodu, Horadiz tikiş fabriki, Qəbələ Gilan qida şəhərciyi, Şəmkir çörək zavodu, Qaradağ rayonuNormsement zavodu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, “Bakı Şəhər”in inşası başa çatan ofis binası.

Mədəniyyət və incəsənət obyektləri:

Gəncə Nizami Gəncəvi Muzeyi, Gəncə Qala Qapıları - ArxeologiyaEtnoqrafiya Muzeyi Abidə Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyi, Xırdalan “Park Abşeron” əyləncə mərkəzi, Milli Konservatoriyanın yeni binası, Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası, AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binası, Xalça muzeyi, Göygöl Bayraq Meydanı Kompleksinin açılışı, Bakıda Heydər məscidinin açılışı, Bakının Nərimanov və Yasamal rayonlarında istirahət parkı.

Silahlı Qüvvələrdə:

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində idman kompleksi, Daxili Qoşunların Qəbələdəki “N” saylı hərbi hissəsində inşa olunan yeni şəhərcik, Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa olunmuş qərargah binası, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodu.

Təhsil müəssisələri:

Beyləqan uşaq bağçası və şahmat məktəbi, Horadiz 2 nömrəli körpələr evi-uşaq bağçası, İsmayıllı körpələr evi-uşaq bağçası, Xırdalan musiqişahmat məktəbi, Gəncə 2 nömrəli körpələr evi-uşaq bağçası, 4 nömrəli tam orta məktəbin yeni korpusu, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabad uşaq bağçası, Bakının Nəsimi rayonundakı 23 nömrəli tam orta məktəb, 56 nömrəli Xətai rayon tam orta məktəb, 115 nömrəli Binəqədi, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, Xəzər rayonunun Binə qəsəbəsindəki 121 nömrəli orta məktəb, Nəsimi rayonunda 46 və 54 nömrəli tam orta məktəblər.

Təməlqoyma:

Gəncədə Olimpiya Parkı, Gəncə Dövlət Dram Teatrının yeni binası, “Şəmkir Aqropark”, Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması.

Nəqliyyat infrastrukturu:

Gəncə dairəvi avtomobil yolu, Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binası, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu, Ləki dəmir yolu vağzalının yeni binası, Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu, Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsü, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolu, Füzulidə Əhmədalılar - Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası avtomobil yolu, Mirzəbəyli-Çuxur-Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolu, Daşkəsən yeni avtovağzal kompleksi, Sabirabadda Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolu, Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində müasir attraksion-panoram, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzalı, Heydər Əliyev prospektində - “Şəfastadionunun qarşısında avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçid, Əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolu, Bakının Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı MustafayevHüseynbala Əliyev küçələrinin kəsişməsində (“Xutor dairəsi”) inşa olunan müxtəlif səviyyəli yol qovşağı.

Su anbarları, elektrik stansiyaları, əhalinin içməli su ilə təminatı:

Göygölə içməli suyun verilməsi, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, “Arpaçay-1” və “Arpaçay-2” su elektrik stansiyalarının işə salınması, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət AgentliyininAzalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyası, 220 kilovoltluqAğdaşelektrik yarımstansiyası, Şəmkirçay su anbarı, Sabirabad şəhərinə içməli suyun verilməsi.

Yaşayış və inzibati binaların inşası:

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binası, Ağdaş Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yeni inzibati binaları, Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi, Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbə, Horadizdə işğal zamanı dağıdılmış 227 ev və çoxmənzilli 3 bina, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün inşa olunan yeni inzibati bina, Neftçala Rayon İcra Hakimiyyətinin yeni inzibati binası, Abşeron rayonu Masazır qəsəbəsində kimsəsiz məzunlar üçün tikilmiş yeni bina, Dövlət Neft Fondunun yeni inzibati binası.

Beləliklə, dövlət başçısı bir il ərzində respublika üzrə 24 mərkəzin, 14 müəssisə, zavodfabrikin, 13 mədəniyyət, incəsənət obyektinin, 10 təhsil müəssisəsinin, 4 hərbi obyekt, 4 təməlqoyma, 1 hava limanı, 1 dəmir yolu vağzalı, 1 avtovağzal, 7 yol yol qovşağının, 1 körpü, 1 yeraltı keçid, 2 su anbarı, 2 su elektrik stansiyası, 1 istilik yarımstansiyası, 1 Günəş Elektrik Stansiyası, 2 rayona içməli suyun verilməsi, qaçqın və məcburi köçkünlər üçün 3 şəhərdə tikilib istifadəyə verilən yaşayış məhəlləsi və qəsəbələr, 1 müasir attraksion-panoramın və 10 yeni inzibati binanın istifadəyə verilməsi tədbirlərində, 99 açılış mərasimində iştirak edib.

Bəli, bu gün Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi siyasətin əsas nailiyyətlərindən biri də ölkədə sənayenin müxtəlif istiqamətlərinin müəyyən olunması və inkişaf etdirilməsidir. Bu baxımdan son dövrlərdə neftdən əldən edilən gəlirlərin yeni istehsal müəssisələrinin yaradılmasına yönəldilməsi təsadüfi deyil. Artıq bu istiqamətdə çox mühüm və ardıcıl layihələr həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq müasir istehsal sahələrinin yaradılması və istifadəyə verilməsi göz önündədir. Bütün bunlar isə respublika iqtisadiyyatının gücləndirilməsinə xidmət edir. Bu da ölkədə rəqabətədavamlı və keyfiyyətli məhsullar istehsal etməyə geniş imkanlar açır. Yuxarıda göstərilən bütün obyektlərin təməlqoyma mərasimi, açılışı və fəaliyyətə başlaması, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturunsosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə imzalanan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra olunduğundan xəbər verir.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 14 yanvar.- S.6.