Azərbaycanın iqtisadi inkişaf modeli bütün dünya üçün nümunədir

 

Manat MDB və Şərqi Avropada ən sabit valyutadır

 

Min il əvvəl qəsbkarlardan qorunmaq üçün Cin səddi kimi divar çəkilirdisə, indi buna ehtiyac yoxdur. Ona görə ki, müasir dünya düzənində yenidaha dağıdıcı taktikalar, siyasi texnologiyalar sərhədləri keçmədən, qoşun yeritmədən istənilən dövlətin valyutasını sarsıdaraq onu zəiflətməyə, tənəzzülə uğratmağa, daxili çaxnaşmalara, qarşıdurmalara rəvac verərək məğlub etməyə imkan verir. Öz valyutasını qoruya bilən dövlət, sözün əls mənasında bütün sərhədləri boyu Cin səddi ucaltmış kimi, iqtisadi təhlükəsizliyini təmin edə bilir. Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin uğurlarından biri kimi ölkənin bank sistemində manatın nüfuzunun qorunması, onun stabilliyi xüsusi qeyd olundu.

2014-cü il bir sıra dövlətlər üçün uğurlu olmadı, bölgədə və planetin digər regionlarında gedən qlobal təzyiqlər nəticəsində neçə-neçə ölkənin milli valyutasına endirilən sarsıdıcı zərbələr ehtimal edilən nəticələri verdi. Bir çox ölkələrdə milli valyutaların dollara nisbətdə təpərdən düşməsi həmin dövlətlərdə əsl valyuta böhranının baş verməsinə səbəb oldu. Maraqlısı odur ki, ən ağır zərbə Qərbin müdafiə etdiyi Ukraynaya dəydi və bu ölkənin milli valyutası - qrivna 90 faiz ucuzlaşdı. İkinci ağır zərbə rus rublunu sarsıtdı və o, dəyərini təxminən 2 dəfə itirdi, Belarus rublu 17 faiz ucuzlaşdı. Zərbənin ikinci dalğası Orta Asiyada türkmən manatını 22 faiz ucuzlaşdırdı, türk lirəsinin dəyərini isə 8 faiz aşağı çökdürdü.

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədəki nitqində ölkəmizin sürətli inkişaf tempini saxlaya bildiyini, aramsız olaraq atəşkəs rejiminin pozulmasına baxmayaraq, xalqımızın ötən il təhlükəsizlik şəraitində yaşadığını bildirdi: “Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdirbizim bütün proqramlarımızın uğurla icrasıdır”.

Bir sıra ölkələrdə artımın olmaması, tənəzzül meyillərinin müşahidə edilməsi fonunda Azərbaycan iqtisadiyyatının təxminən 3, qeyri-neft sektorunun 7 faiz artımı çox uğurlu nəticələrdir. Əhalinin pul gəlirləri 4,8 faiz artaraq 1,4 faizlik inflyasiyanı 3 dəfədən çox üstələmişdir. 11 milyard dollarlıq xarici sərmayənin cəlb edilməsi də Azərbaycandakı siyasiiqtisadi sabitliyə investorların güvənməsi deməkdir. Ölkəmizin strateji valyuta ehtiyatları isə artaraq ümumi daxili məhsulun 70 faizinə çatmışdır. Bu göstərici üzrə Azərbaycan dünyada ilk iyirmilikdəki yerini qoruyur, strateji ehtiyatlar isə xarici dövlət borcunu 8 dəfədən çox üstələyir. Azərbaycanın beynəlxalq kreditor mövqeyi yüksəlmişdir. Beynəlxalq iqtisadi və maliyyə böhranının başlandığı 2008-ci ildən üzü bəri milli iqtisadiyyatımız təxminən 27, o cümlədən qeyri-neft sektoru 55 faiz artmışdır.

Nazirlət Kabinetinin sözügedən iclasında dövlət başçısı milli valyutamızın məzənnəsinin sabit qalmaqla yanaşı, əsas dünya valyutalarına qarşı daha böyük dəyər qazanmasını xüsusi vurğuladı və qeyd etdi ki, manatın sabit olması ilk növbədə insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, əhalinin alıcılıq qabiliyyətini artırır.

Manatın məzənnəsinin sabit qalması bir tərəfdən dövlətin uğurlu iqtisadi siyasətinin əsas göstəricisi kimi çıxış edir, digər tərəfdən milyonlarla insana həyatlarını vərdiş etdikləri, alışdıqları sakit mühitdə davam etdirməyə imkan verir. İclasda Azərbaycan Mərkəzi Bankının rəhbəri manatın məzənnəsinin makroiqtisadi və maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin qarantı kimi çıxış etdiyini bildirdi. Sabit məzənnə isə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır, korporativ və maliyyə sektorunda sabitliyi təmin edir. Təsadüfi deyil ki, bir sıra beynəlxalq agentliklər bu yaxınlarda manatı Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən sabit və etibarlı valyuta kimi tanımış və onun çox müsbət perspektivlərini qeyd etmişlər.

Ümumiyyətlə, 2014-cü ildə Azərbaycan bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunmuş, bu sektor aktiv olaraq iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləmişdir. Azərbaycan maliyyə sisteminin 90 faizini təşkil edən bank sektoru risklərə qarşı maliyyə immunitetini daha da gücləndirmiş, bankların kapitalizasiyası davam etdirilmişdir. 2012-ci ildə bankların minimum kapitalının artırılması və onların əlavə kapitallaşması haqqında qərarın qəbulundan sonra onların məcmu kapitalı təxminən 2 dəfə artmışdır. Qlobal maliyyə turbulentliyi şəraitində yüksək kapitallaşma bu gün bank sektorunun maliyyə sabitliyinin əsas dayağıdır. Bank aktivlərinin qeyri-neft ümumi daxili məhsuluna nisbətinin son 10 ildə 2,4 dəfə artması iqtisadiyyatın maliyyə dəyərinin təxminən 78 faizə çatmasına səbəb olmuşdur.

2014-cü ildə bank sektorunun aktivləri 21, bank kreditləri 18, o cümlədən uzunmüddətli kreditlər 19 faiz artmışdır. Biznes kreditləri 18, o cümlədən sənaye kreditləri 36, regionlara kredit qoyuluşları 39 faiz çoxalmışdır. Keçən il həm bank sektorunun, həm də əhalinin rastlaşa biləcəyi maliyyə risklərinin qarşısının alınması üçün istehlak kreditlərinin verilməsi Mərkəzi Bank tərəfindən sərtləşdirilmişdir. Nəticədə istehlak kreditlərinin artım tempi 2013-cü illə müqayisədə 1,9 dəfə azalaraq 19 faizə enmiş, avtomobil kreditlərinin mütləq həcmi 31 faiz azalmış, yaşayış sahəsinin alınmasına verilən kreditlərin həcmi isə əksinə, 29 faiz artmışdır.

2014-cü ildə bank sektoruna inamın artması əhalinin əmanətlərinin 11 faiz çoxalaraq 7 milyarda çatması ilə nəticələnmişdir. Adambaşına əmanətlərin məbləği son 10 ildə 50 ABŞ dollarından təxminən 1000 dollaradək artmışdır. Ötən il əmanətlər üzrə əhalinin faiz gəlirləri 500 milyon manatı ötmüş, əmanətçilərin sayı 4,5 milyona çatmışdır. Həmçinin hesabat dövründə ödəniş infrastrukturu inkişaf etmiş, plastik kartların sayı 6 milyona yaxınlaşmışdır. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir. Hazırda ölkədə 23 bank internet, 15 bank mobil bankçılıq xidmətləri göstərir.

İclasda həmçinin dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirlərə mənfi təsir edən amil kimi qeyd olundu. İqtisadiyyatın şaxələndirilməsi, institusional islahatlardaha da səmərəli idarəetmə üsullarının tətbiqinin manatın məzənnəsinin sabitliyinə xidmət edəcəyini qeyd edən dövlət başçısı dedi: “Biz zəifləyən qlobal iqtisadi aktivliyin dünya ticarətinə və əmtəə bazarlarına da əhəmiyyətli təsirinin şahidi oluruq. Nəticədə bir sıra əmtəə qiymətlərinin aşağı düşməsini görürük. 2014-cü il ərzində metal qiymətləri 17 faiz, ərzaq qiymətləri 6 faizdən çox, eyni zamanda, enerji daşıyıcılarının qiyməti iki dəfə aşağı düşmüşdür və 2015-ci ilin başlanğıcında da bu proseslər davam edir. Azərbaycan da qlobal iqtisadiyyatın tərkib hissəsi kimi bu şəraitdə müəyyən çağırışlarla üzləşmişdir”.

Beynəlxalq təşkilatların rəyinə görə, 2015-ci ildə dünya iqtisadiyyatında qeyri-müəyyənlik və bu qeyri-müəyyənliyin əmtəə bazarlarına təsiri davam edəcək. Amma Azərbaycan Mərkəzi Bankında aparılan stress-testləşmə, simulyasiya modelləri vasitəsilə aparılan hesablamalar göstərir ki, ölkəmizin iqtisadiyyatı birmənalı olaraq həm cari ildə, həm də ortamüddətli dövrdə bütün bu risklərə adekvat cavab vermək üçün kifayət qədər imkana və potensiallara malikdir.

Məlumdur ki, manatın sabitliyi iqtisadi sabitliyin özülünü təşkil edir. Yəni istənilən siyasət makroiqtisadi sabitlikonunla dialektik əlaqədə olan siyasi sabitlik üzərində qurulur. Buna görə cari ildə manatın və bütünlükdə bank sektorunun sabitliyinin qorunması, real sektorun inkişafında bankların rolunun gücləndirilməsi, faiz dərəcələrinin aşağı salınması qarşıda duran vəzifələr kimi müəyyən edilib.

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaqdır. Əvvəlki illərdəki kimi, iqtisadiyyatın şaxələndirilməsi, düşünülmüş iqtisadi islahatların reallaşdırılması, ictimai-siyasi sabitliyinxalqla iqtidar arasındakı birliyin qorunması bu sınaqdan qalib çıxmağa imkan yaradacaq.

Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hər bir ölkənin milli valyutasının sabitliyinin qorunması müstəqilliyin, qazanılan azadlığın qorunmasına bərabərdir. Təəssüf ki, bir sıra güc mərkəzləri ayrı-ayrı ölkələri demokratik dəyərlərin qorunması adı altında iqtisadi blokadaya alır, sanksiyalar tətbiq edir nəticədə yüz milyonlarla insanı məhrumiyyətlərə düçar edir, uzun sürən ümidsiz böhranların uçurumuna sonu bilinməyən müharibələrə sürükləyir. qədər acınacaqlı da olsa, Qərbin bəzi demokratik çağırışları son nəticədə qan qoxuyur, azadlıq vəd edilən xalqlar zülmdən savayı heç qazanmırlar. Çünki inkişaf etmək, irəli getmək üçün hər bir dövlətə ilk növbədə sabitlik, daxili qüvvələrin tarazlığı konstruktiv əməkdaşlığı lazımdır.

Nazirlər Kabinetinin iclasında məhz bu amil vurğulandı ki, böhran içində çapalayan ölkələrə heç kim investisiya qoymur. Yalnız sabit ölkələrə, ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan ölkələrə xarici investisiyalar yatırılır. Məhz bu baxımdan xarici investorlar üçün Azərbaycan cəlbedici ölkədir.

İclasda bu il qeyri-neft sektorunun inkişafı ilə bağlı bank sektorunun rolunun xüsusi əhəmiyyət kəsb etdiyi vurğulandı. Dövlət başçısı bankların real iqtisadiyyata daha böyük həcmdə kreditlər ayırmasını tövsiyə etdi. O bu addımları bank sektorunun məsuliyyətinin artmasını büruzə verən çox müsbət amil kimi qiymətləndirdi.

Prezident İlham Əliyev 2015-ci ilin bütün dünya üçün asan olmayacağını, həmçinin Azərbaycanın da gəlirlərinin azalacağını qeyd etdi: “Ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir. Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir”.

Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında qazanılan nailiyyətlərlə yanaşı, meqaqtisadi təhlükələr nəzərdən keçirildi. Vurğulandı ki, gələcəkdə qarşıya çıxa bilən iqtisadi problemlərə bu gündən hazırlaşmaq, onların ehtimal edilə bilən çətinliklərindən sığortalanmaq üçün ən yaxşı vasitə Azərbaycanın ortaya qoyduğu özəl inkişaf modelidir. Bir qanadı demokratik, digəri isə iqtisadi islahatlara söykənən, xalqla hakimiyyətin qırılmaz birliyindən güc alan bu model hamıya bütün dünyaya açıqdır. Azərbaycanın bu nadir iqtisadi inkişaf modeli bütün dünya üçün nümunədir.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2015.- 14 yanvar.- S.7.