2015-ci ilin dəb trendləri və ya geyimdə öz naxışını necə tutmaq olar?

 

Bu il geyimlərdə və dizaynda əsasən al qırmızı, mavi, qızılı, sarı rənglər diqqətdə olacaq.

Azərbaycanda da 2015-ci ilin dəb trendləri və geyim rəngləri xanımların ən çox maraqlandığı mövzulardır. Azərbaycan xanımlarının zərif, fərdiliyi önə çəkən geyimlərə üstünlük verməsi dəb sahəsində çalışanlara yaxşı məlumdur. Öz naxışları ilə seçilmək xanımların əsas arzusudur və onların modelyerlərdən də gözlədikləri elə bundan ibarətdir.

Yeni ilin dəblərindən danışarkən “Naxış” atelyesinin təcrübəsindən yararlanmağı qərara aldıq. Elə burada orijinallığa, özəlliyi vurğulayan elementlərə önəm verildiyi diqqətimizi çəkdi. Atelyedə hazırlanan paltarların bir nümunədə olması, üzərinə təkrarolunmaz naxışların düzülməsi, rənglərin harmoniyası xanımları diqqət mərkəzində saxlayır. Geyimlərin tikildiyi parçalar ParisMilandan gətirilir, naxışlar isə bir-bir əllə yığılır. Atelyedə bildirdilər ki, onlara müraciət edən xanımlar öz ideyaları ilə də gəlir, modelyer isə geyimin konsepsiyasını təkrarolunmaz şəkildə həyata keçirir. Gələcək geyimlərinin istənilən elementini xanımlar özləri seçə bilərlər. Bunun üçün atelyedə çox geniş seçim imkanı var. Parçaların keyfiyyəti, orijinallığı vurğulayan naxışlar, incə formalar istənilən xanımı diqqətdə saxlaya biləcək. Belə geyimlər dəb trendindən asılı olmayaraq öz naxışı ilə fərqlənmək üçün ən yaxşı seçimdir.

Bir birindən gözəl rənglərin birləşdiyi geyimlərin ünvanı - “Naxış” atelyesi: Ənvər Qasımzadə küçəsi 56B. Tel.: (012) 440 11 19, (050) 880 11 19.

 

AzərTAc

Azərbaycan.-2015.- 14 yanvar.- S.12.