Azərbaycan Respublikası ilə İran İslam
Respublikası arasında dostluq və əməkdaşlıq
haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında 2014-cü il noyabrın 12-də Bakı şəhərində qəbul edilmiş Birgə Bəyannamə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il
Azərbaycan.-2015.- 15 yanvar.- S.1.