Ucuz neft dövrünün iqtisadi
strategiyası
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının ən mühüm cəhəti neft gəlirlərinin azalması, dünyada ucuz neft dövründə iqtisadi strategiyanın, taktiki hədəflərin, bütövlükdə isə “ucuz neft dövründə iqtisadi proqram”ın açıqlanması oldu.
Proqram 3 hissədən - ötən dövrdə başlanmış layihələrin davamı, yeni vəziyyətə uyğun düzəlişlər və gözləntilər bölümündən ibarətdir. Proqramın konkret detallarına gəldikdə isə onlar aşağıdakılardır:
- Makroiqtisadi sabitliyin qorunmasının zəruriliyi;
- Manatın məzənnəsinin sabit qalmasının təmin edilməsi;
-
Qeyri-neft sektorunun inkişafı prioritetliyini saxlayır;
-
İnfrastruktur layihələrinin icrası;
-
Ərzaq istehsalının gücləndirilməsi;
- Kənd
təsərrüfatı sahəsində məhsuldarlığın
artırılması;
- İxrac
potensialının artırılması;
- Yeni
suvarma sistemlərinin yaradılması və yeni əkin sahələrinin
dövriyyəyə buraxılmasını sürətləndirmək;
- Güzəştli
kreditlər siyasətinin davam etdirilməsi;
- Real
sektora investisiya yatırımlarının artmasının zəruriliyi;
-
Texnoparklar və aqroparklar vasitəsilə xarici investorların
qeyri-neft sektoruna cəlb edilməsi;
- Azərbaycandakı
investisiya mühiti haqda xarici investorlara daha çox informasiya
verilməsinin təmin edilməsi;
-
Bankların daha çox real sektora kredit verməsinin təmin
olunması;
-
İdxalı əvəzləyən məhsul
istehsalının genişləndirilməsi;
- Sosial
layihələrin əvvəlki illərdə olduğu kimi
davam etdirilməsi;
- Prioritet
olmayan, yəni gələn ilə saxlanması mümkün
olan layihələrin gələn ilə saxlanması;
- Dövlət
investisiyalarının dayanıqlı inkişafa yönəldilməsi;
- Dövlət
investisiyalarının strateji istehsal sahələrinə
yönəldilməsi;
-
İsrafçılığın qarşısının
alınması;
- İdarəetmə prinsiplərinin təkmilləşdirilməsi.
Bütün
bu 20 bənd Azərbaycanın “ucuz neft dövrü
üçün iqtisadi strategiyası”nın
Prezident İlham Əliyev tərəfindən elan olunmuş əsas
prinsipləridir və demək olar ki, “ucuz neft dövrü
üçün iqtisadi proqram”dır. Göründüyü
kimi, nə prioritet layihələrin həyata keçirilməsində,
nə güzəştli kreditlər siyasətində, nə də
sosial layihələrdə təxirə salma yoxdur və əvvəlki
illərdə aparılmış siyasət davam etdiriləcək.
Dəyişən yalnız ikinci dərəcəli
layihələrin təxirə salınmasıdır.
Prezident
İlham Əliyev 2015-ci ilin ağır olacağını və
müşahidə olunan iqtisadi proseslərin hələ bir
müddət də davam edəcəyini dedi. Ancaq uğurlu məqam
odur ki, Azərbaycanda əvvəlki illərdə
aparılmış siyasət hamı üçün
ağır olan bu ili nəinki ciddi fəsadlar
olmadan, hətta inkişaf tempini təmin etməklə
yaşamağa imkan verir. Əvvəlki illərdə
yaradılmış baza isə yenə bütün dünyada
ağır il olmuş 2014-cü ili
yaxşı göstəricilərlə başa vurmağa imkan
verib.
Prezident ötən ilə yekun vurarkən Azərbaycanla
dünyada baş verənləri müqayisə etdi və bu
müqayisə bir tərəfdən hazırkı vəziyyəti
qiymətləndirmək, o biri tərəfdən də
müsbət gözləntilərin əsaslandırılması
üçün əsas verir. Gözləntilər
isə həm siyasi, həm də iqtisadi proseslərdə ən
mühüm psixoloji faktordur.
Məsələn, Azərbaycanda ÜDM 3 faiz artıb,
amma dünyada bir çox ölkələrdə, ümumiyyətlə,
artım yoxdur, hətta tənəzzül var, ən
yaxşı halda 1 faiz artım müşahidə olunur. Qeyri-neft
sektorundakı 7 faiz artım isə başqa ölkələri
xeyli üstələyir.
Dünyada gərginliyin artdığı bir dövrdə
Azərbaycanda təhlükəsizlik və daxili sabitlik tam təmin
edilib.
Dünyanın böyük hissəsində, ümumiyyətlə,
böyük investisiyalar yatırılmır. Azərbaycanda
isə 2014-cü ildə Ələt Beynəlxalq Dəniz Ticarəti
Limanının tikintisi davam etdi və birinci hissəsi istismara
verildi, Şəmkirçay su anbarı və Norm sement zavodu
istifadəyə verildi. İkinci peyk orbitə
buraxıldı.
Makroiqtisadi
sabitlik qorunacaq
Prezident makroiqtisadi sabitliyin qorunması ağır
olacağı gözlənilən 2015-ci ilin iqtisadi siyasətinin
prioriteti elan etdi. Bu makroiqtisadi sabitliyin və onun əsas
amili olan milli valyutanın sabitliyinin qorunmasıdır. 2008-2009-cu illərdəki dünya iqtisadi
böhranında da Azərbaycan manatın sabitliyini qoruya
bilmişdi. İndi də makroiqtisadi
sabitliyin baza elementi kimi manatın kursunun sabitliyi əsas hədəf
kimi qoyuldu. Prezident manatın güclü valyuta kimi
mövqelərini qoruyacağını bəyan etdi: “Bu gün
manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və
xarici şirkətlər öz vəsaitini manat hesablarında
saxlasalar uduzmazlar. Həm pullar yerində
qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir.
Çünki indi dünyada bir çox maliyyə
institutlarında depozitlərə artıq faiz vermirlər.
Sadəcə olaraq, depozitləri bir əmanət
kimi saxlayırlar”.
Prezidentin bu bəyanatı Azərbaycan iqtisadiyyatı
üçün birinci baza əhəmiyyətli müsbət
gözləntini təmin edir.
Qeyri-neft
sektoru dövlətin dəstəyi ilə güclənəcək
Ucuz neft dövrü proqramının ikinci prioriteti kimi
Prezident qeyri-neft sektoruna dəstəyin gücləndirilməsinin
vacibliyini bildirdi. Prezident qeyri-neft sektorunu hərəkətverici
amil adlandıraraq bəyan etdi ki, qeyri-neft sektorunda prioritetlər
məntiqi növbəlilik əsasında dəyişir. Bu nədir? Bu suala indiyə qədər
prioritetlərin növbəliliyini müşahidə etməklə
cavab tapmaq mümkündür.
- Əvvəl,
yəni birinci mərhələdə infrastruktur layihələri
yaradılmağa başlandı;
-
İkinci mərhələdə güzəştli kreditlər
və dövlət investisiyaları vasitəsilə istehsal sahələri
yaradıldı;
-
Üçüncü mərhələdə, bu ikinci mərhələ
ilə paralel aparılıb - daxili bazarın təminatı əsas
hədəf oldu;
-
Dördüncü mərhələdə idxalı tam əvəzləyən
məhsul istehsalı əsas götürüldü;
- Nəhayət,
beşinci mərhələdə artıq ixrac məhsulları
istehsalı prioritetə çevrildi;
- Paralel
olaraq ərzaq təhlükəsizliyinin təminatından sonra
sənayeləşmə əsas prioritetlər sırasına
çıxdı.
Prezidentin məhz qeyri-neft sektorunu və sənayeləşməni
prioritet elan etməsi, bu sahəyə dövlətin xüsusi
önəm verəcəyi haqda bəyanat verməsi investorlar
üçün 2-ci müsbət gözləntini təmin
edir.
Güzəştli
kreditlər sosial-iqtisadi prosesləri stimullaşdıracaq
Sahibkarlara güzəştli kreditlərin verilməsi ən
mühüm anti böhran alətlərindəndir. 2008-2009-cu illərdə də
Prezident İlham Əliyev bu mexanizmin böhrana qarşı
müqavimət göstərilməsində mühüm rol
oynadığını, kiçik və orta
sahibkarlığın dəstəklənməsi ilə, daha
çox iş yeri açılmasında əhəmiyyətli
olduğunu vurğulamışdı. 2015-ci ilin
ağırlığına, neft gəlirlərinin
azalmasına baxmayaraq, bu il də güzəştli
kreditlərin verilməsi davam etdiriləcək. Bu
da ucuz neft dövrü iqtisadi strategiyasının mühüm
tərkib hissəsidir. Güzəştli kreditlərdə
də əsas hədəf real sektordur: “Bu il də sahibkarlara
güzəştli şərtlərlə kreditlərin verilməsi
təmin ediləcəkdir. Bu təşəbbüsün
çox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük.
Bölgələrdə açılan yeni müəssisələr
və iş yerləri bunu göstərir. Eyni
zamanda, dövlət tərəfindən sahibkarlara
böyük mənəvi dəstək göstərilir.
Yerlərdə də bu işlər düzgün təşkil
edilməlidir və sahibkarlara bu il o
cümlədən öz vəsaitlərindən istifadə etməklə
ölkəmizin real sektoruna vəsaiti qoymağı tövsiyə
edirəm. Çünki dövlət sahibkarlara
uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən
bu kreditlərin həcmi yüz milyonlarla
ölçülür, bəlkə də milyardı
ötüb. Sahibkarlar da həm o imkanlardan
istifadə etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir
ki, onlar da öz kapitallarını əldə ediblər, -
ölkənin inkişafına, real sektorun inkişafına daha
da çox sərmayə qoymalıdırlar”.
Real
sektora yönəldilən sərmayələr digər sahələrə
də müsbət təsir edəcək
Prezident qeyri-neft sektorunu bütün iqtisadi siyasətin əsas
prioriteti elan etməklə yanaşı, real sektoru qeyri-neft
sektorunun əsas prioriteti elan etdi. Yəni iqtisadi siyasətdə
birinci yer qeyri-neft sektoruna, qeyri-neft sektorunda isə birinci yer
real sektora verilir. Dövlət də bu sahəyə
dəstək verəcək. Artıq qeyd
edildi ki, dövlət bu sahəyə daha çox güzəştli
kredit vermək niyyətindədir. Amma Prezident bəyan
etdi ki, dövlət bütün real sektora investisiya yatıra
bilməz və bu sahədə özəl sektorun daha çox
iş görə biləcəyini vurğulayaraq
, xüsusilə də bankların real sektora daha çox
kredit verməsini tövsiyə etdi: “2015-ci il dünya
üçün asan il olmayacaq. 2015-ci ildə
bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi,
əlbəttə ki, bizim üçün prioritet olacaq.
Əminəm ki, banklar da bu istiqamətdə
öz sözünü bundan sonra da deyəcək”.
İdarəçilik
daha çevik, maliyyə prosesləri daha şəffaf və qənaətcil
olacaq
“Ucuz neft
dövrü strategiyası”nın daha bir
mühüm müddəası israfçılığa yol
verilməməsi, idarəçilik prinsiplərinin təkmilləşdirilməsidir.
Dövlət İnvestisiya Proqramında azalma
istiqamətində dəyişiklik edilib. Belə
ki, artıq Taxtakörpü və Şəmkirçay kimi iri
investisiya tutumlu layihələr artıq başa çatıb,
kənd yolları və su ilə bağlı layihələrin
çoxu icra edilib. Odur ki, Prezident dövlət
investisiyalarını dayanıqlı inkişafa yönəltməyin
vacibliyini vurğuladı.
Dayanıqlı
inkişafa dövlət investisiyası
Dayanıqlı inkişafı təmin edən strateji
istiqamətlərdən biri də metallurgiya kompleksinin
tikintisidir.
Prezident bunun çox strateji məsələ olduğunu və
bu məsələdə qənaət etməyə ehtiyac
olmadığını dedi: “Baxmayaraq ki, indi bizim gəlirlərimiz
azalacaq, hesab edirəm, bu layihə sənayemizin inkişafı
üçün prioritetdir, minlərlə yeni iş yerinin
yaradılmasına gətirib çıxaracaq. Beləliklə,
Azərbaycanda yeni ixrac məhsulu yaranacaq və bu, ölkə
iqtisadiyyatının şaxələndirilməsinə,
qeyri-neft sektorunun inkişafına əlavə təkan verəcəkdir.
Ona görə bu layihənin icrası ilə bağlı
heç bir yubanma ola bilməz”.
Metallurgiya kompleksi kimi iri investisiya tutumlu bir layihəyə
dövlət dəstəyi təbii ki, özəl investisiyalar
üçün də əlverişli iqtisadi zəmini
formalaşdırır və milli iqtisadiyyatın cəlbediciliyini
artırır.
Sosial
layihələr icra ediləcək
Bu istiqamətdə
Prezident İlham Əliyevin böhrana və “ucuz neft” və
yaxud “gəlirlərin azalması” dövründə
apardığı sosial siyasət Avropadakı sərt qənaət
siyasətindən fərqlənir. Yəni
Avropada sərt qənaət siyasəti yürüdülərək
sosial layihələr ixtisar edilir, Azərbaycanda isə
bütün sosial layihələr həyata keçirilir.
Mahiyyətdəki fərq nədən ibarətdir: Avropa siyasətçiləri
sərt qənaət siyasəti ilə iri sahibkarların
maraqlarından çıxış edərək əhalinin zəif
təbəqələrinin sosial müdafiəsini ixtisar edirlər.
Yəni zəiflərin hesabına güclüləri
qoruyurlar. Azərbaycanda isə əhalinin zəif
təbəqələri də qorunur. Məsələn,
Prezident ünvanlı sosial yardım, məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması kimi mühüm layihələrin
2015-ci ildə də davam etdiriləcəyini dedi. Sosial layihələrin ixtisara salınmaması bir tərəfdən
investisiyalar üçün əlverişli sosial-siyasi şərait
yaradır, o biri tərəfdən də əhalinin
alıcılıq qabiliyyətinə müsbət təsir etməklə
bütövlükdə bazarın alıcılıq qabiliyyətini
yüksəldir.
Kənd təsərrüfatına
investisiyalar yatırılacaq
Qeyri-neft sektorunda ərzaq istehsalı ilə bağlı
məsələlər prioritetliyini qoruyub saxlayır. Prezident Taxtakörpü və
Şəmkirçay su anbarlarının istifadəyə
verilməsinin məntiqi davamı kimi yeni su kanallarının
çəkilməsi, yeni əkin sahələrinin dövriyyəyə
buraxılması haqda tapşırıq verdi.
İri fermer təsərrüfatlarının
yaradılması, onlara subsidiyalar və güzəştli
kreditlərin verilməsi prosesi davam etdiriləcək. Bu da aqrar sahədə investisiyaların səmərəliliyi
üçün zəmanət verən siyasətdir.
Qlobal
layihələr Azərbaycan bazarının dünyaya
çıxışını təmin edir
Nəqliyyat sahəsində isə Prezident Ələt dəniz limanı, BTQ dəmir yolunun tikintisinin başa çatmasını, MDB dövlətləri arasında ilk dəfə Azərbaycana “Boinq 787-8” tipli təyyarələrin gətirilməsini qeyd etdi. Yeri gəlmişkən bu təyyarələr və Bakıdan Nyu Yorka birbaşa reysin açılması Azərbaycanın hava yolları şirkətini başqa şirkətlərlə rəqabətdə daha güclü edir. Daha bir mühüm istiqamət isə Azərbaycanın Xəzər donanmasının gücləndirilməsidir.
Bakı-Tbilisi-Qars dəmiryolu isə yüklərin asan yolla idxal və ixracını təmin edəcək. Ələt dəniz limanı vasitəsilə Mərkəzi Asiyanın Avropaya, Avropanın da Mərkəzi Asiyaya çıxışı, xammal və hazır məhsulun bazarlara daşınması imkanı Azərbaycan iqtisadiyyatının nəqliyyat imkanlarını gücləndirəcək. Bu amillər investisiya cəlbediciliyini artırır.
Beynəlxalq təhlükəsizlik təmin olunub. Heç bir gərginlik gözlənilmir
Nəhayət, Prezident İlham Əliyev beynəlxalq səviyyədə də Azərbaycanın istər iqtisadi, istərsə də siyasi maraqlarının 2015-ci ildə də təmin ediləcəyini dedi. Prezidentin bu sözlərində dünyanın Azərbaycandakı sabitlikdə maraqlı olduğu və bu marağın real səbəbləri sadalanır: “Ölkəmizin siyasi, iqtisadi maraqları təmin ediləcəkdir. Azərbaycan Avropa istehlakçıları üçün əvəzedilməz ölkəyə çevrilir. Bu nə deməkdir? Bunu çox izah etməyə də ehtiyac yoxdur. Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq və getdikcə bu rol artacaq. Çünki Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır. Bütün başqa mənbələr - onlar artıq var. O mənbələrin ehtiyatlarını müxtəlif yollarla, yəni, yeni yollarla Avropaya nəql etmək mümkündür. Belə layihələr var, lakin yeni mənbə ancaq Xəzər hövzəsidir və Azərbaycandır. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Əminəm ki, bu layihəni də uğurla icra edəcəyik. Çünki bugünə qədər bir dənə də layihə olmamışdır ki, biz onu başlayaq və icra etməyək. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həm də Bakı-Tbilisi-Qars, yəni, beynəlxalq layihələrdən söhbət gedir. Əminəm ki, “Cənub” qaz dəhlizi də tam şəkildə icra ediləcəkdir. Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Oyunların keçirilməsinə beş ay qalıbdır. Təşkilat Komitəsi çox fəal işləyir, bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. İndi hazırlıq son mərhələdədir. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik”.
Beləliklə, dünya üçün ağır olacağı gözlənilən 2015-ci ildə Azərbaycanın müsbət gözləntiləri də çoxdur.
İbrahim
MƏMMƏDOV,
“Azteleradio” Verilişləri QSC-nin sədr
müavini, əməkdar journalist
Azərbaycan.-2015.-
15 yanvar.- S.5.