Türkiyə-Azərbaycan Yüksək Səviyyəli
Strateji
Əməkdaşlıq
Şurasının dördüncü
iclası keçirilib
Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyevin Türkiyəyə
dövlət səfəri
Yanvarın
15-də Ankarada Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı
ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurasının
dördüncü iclası keçirilib.
Türkiyə
Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi:
-
Möhtərəm Prezident, hörmətli qardaşım
İlham Əliyev.
Nümayəndə
heyətinin hörmətli üzvləri.
Ankaramıza
“Xoş gəldiniz” deyir, sizi ikinci Vətəniniz olan
Türkiyədə qonaq qəbul etməkdən duyduğum məmnunluğu
xüsusi ifadə etmək istəyirəm.
Türkiyə-Azərbaycan
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının dördüncü iclasına dəyərli
qardaşım cənab İlham Əliyevlə birlikdə sədrlik
etməkdən böyük məmnunluq duyuram. Bu gün
apardığımız və aparacağımız
müzakirələrin, dəyərləndirmələrin
ölkələrimiz üçün xeyirli olmasını Rəbbimdən
arzu edirəm.
Əziz
qardaşım, bir az əvvəl təkbətək
görüş keçirdik. İkitərəfli əlaqələrimizi
ətraflı dəyərləndirmək imkanı əldə
etdik. Bu əsnada nümayəndə heyətlərimizin
üzvləri də həmkarları ilə görüşlər
keçirdilər. Hörmətli nazirlərimiz bu
görüşlərin nəticələrini bir az sonra
Şuraya təqdim edəcəklər.
X X X
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
- Bu, mənim bu il həyata keçirdiyim ilk rəsmi səfərdir. Bu da təbiidir. Bu səfər Türkiyəyə
edilir. Bu, gözəl bir ənənədir, həm
seçkilərdən sonra,
eyni zamanda, hər ilin əvvəlində
biz bir-birimizi salamlayırıq,
görüşürük, çünki qarşıda
duran vəzifələr
çox önəmlidir.
Biz bu vəzifələri
uğurla icra etməliyik. Siz qeyd etdiyiniz kimi, son illər ərzində Türkiyə-Azərbaycan əlaqələri
- dostluq, qardaşlıq
əsasında qurulan əlaqələr strateji əməkdaşlıq səviyyəsinə
qalxmışdır.
Bütün görülən işlər
onu göstərir ki, birgə siyasi iradə olan yerdə böyük layihələri
icra etmək mümkündür. İlk növbədə, mən “G-20”də Azərbaycanı
görmək arzunuzu xüsusilə qeyd etmək istəyirəm.
Bu, bizim üçün
böyük şərəfdir
ki, Siz məhz
Azərbaycanı dəvət
etmisiniz. Bu, bir daha Türkiyə-Azərbaycan
qardaşlıq əlaqələrini
təsdiqləyir. Çünki bu addım əslində
tarixə, bizim birliyimizə söykənir
və eyni zamanda, bütün dünyaya Türkiyə və Azərbaycanın nə qədər bir-birinə bağlı olduqlarını göstərir.
Bu dəvətə görə
Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
X X X
İclasda Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın
perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
məsələsi müzakirə
olundu. İkitərəfli, beynəlxalq və
qarşılıqlı maraq
doğuran digər məsələlər barədə
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2015.- 16 yanvar.- S.2.