Ankarada Türkiyə-Azərbaycan sənədləri
imzalanıb
Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyevin Türkiyəyə
dövlət səfəri
Yanvarın
15-də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının dördüncü iclasından sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın iştirakı ilə sənədlərin
imzalanması mərasimi olub.
“Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının 15 yanvar 2015-ci il tarixində
keçirilmiş dördüncü iclasının nəticələrinə
dair Birgə Bəyanat”ı Azərbaycan Prezidenti İlham
Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan imzaladılar.
“Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidməti (MMX) ilə Türkiyə
Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin
Araşdırılması Şurası (MASAK) arasında cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar
maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa
dair Anlaşma Memorandumu”nu Azərbaycanın Türkiyədəki
səfiri Faiq Bağırov və Türkiyənin Maliyyə
Nazirliyinin Maliyyə Cinayətlərinin
Araşdırılması Şurasının sədri
İbrahim Hakkı Polad imzaladılar.
“Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə
Türkiyə Respublikasının Gömrük və Ticarət
Nazirliyi arasında Gömrük Məsələləri
üzrə Birgə Komitənin yaradılması haqqında
Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat və sənaye
naziri Şahin Mustafayev və Türkiyənin gömrük və
ticarət naziri Nurəddin Canikli imzaladılar.
AzərTAc
Azərbaycan.-2015.- 16 yanvar.- S.2.