İran Azərbaycanın yürütdüyü müstəqil siyasəti alqışlayır

 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Mərziyyə Əfğam Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi “Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edirfikri ilə bağlı deyib: “Bu gün dünyada mövcud olan reallıq digər ölkələrə siyasətin diktə edilməsi dövrünün artıq başa çatmasından xəbər verir. Prezident elə buna görə aydın şəkildə bildirib ki, heç bir ölkə Azərbaycanla ultimatum dili ilə danışa bilməz”.

Nazirliyin rəsmisi deyib ki, İran ilə Azərbaycan arasında yaxın münasibətlər mövcuddur. Öz milli maraqlarını tam qoruyan hər iki ölkə regionda xüsusi çəkiyə malikdirsöz sahibidir. Buna görə də özlərinə etibarlı müttəfiqlər və dost ölkələr seçir. Bu baxımdan rəsmi Tehran Azərbaycanın yürütdüyü müstəqil siyasəti alqışlayır.

 

Rabil KƏTANOV,

AzərTAc-ın xüsusi müxbiri

 Tehran

Azərbaycan.-2015.- 16 yanvar.- S.4.