Korrupsiya və rüşvətxorluğa qarşı ciddisistemli mübarizə

 aparılması siyasi iradənin təzahürüdür

 

 

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasəti nəticəsində ötən dövrlərdə olduğu kimi 2014-cü ildə də ölkə həyatının bütün sahələrində yenidənqurma işləri uğurla davam etdirilib, möhtəşəm və irimiqyaslı nailiyyətlər qazanılıb.

2014-cü ildə dövlətimizin başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, mütərəqqi institusional tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin ötən il iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə ilk dəfə sədrlik edəcəyi dövrdə insan hüquqları, qanunun aliliyidemokratiyaya güclü dəstək göstərəcəyini qeyd etməsi, korrupsiyaya qarşı mübarizənin prioritet istiqamətlərdən biri olduğunu bildirməsi, habelə dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Azərbaycan xalqını təbrikində korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da ciddisistem xarakterli tədbirlərin aparılacağını xüsusi vurğulaması bu istiqamətdə siyasi iradənin təzahürüdür.

Bundan başqa, tədbirdə 2014-cü il ərzində iki önəmli beynəlxalq antikorrupsiya konfranslarının ölkəmizdə keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib. Vurğulanıb ki, ötən il iyunun 30-dan iyulun 1-dək Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlarmilli təcrübələr” mövzusunda 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndənin iştirak etdiyi yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. Həmçinin ölkəmiz noyabrın 19-dan 21-dək keçirilmiş Beynəlxalq Antikorrupsiya Akademiyasına (IACA) üzv və iştirakçı ölkələrin Assambleyasının 3-cü sessiyasına ev sahibliyi edib, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Assambleyanın növbəti il üçün sədri seçilib. Bütün bunlar ölkəmizin artan nüfuzunun təcəssümü və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə verilən qiymətin nəticəsidir.

IACA-ya üzv və iştirakçı ölkələrin Assambleyasının 3-cü sessiyasında 43 ölkədən 130-dan çox nümayəndənin, o cümlədən Avropa Şurasının, Avropa İttifaqının, Avropa Komissiyasının dələduzluqla mübarizə üzrə Avropa bürosunun (OLAF), müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirlərinin iştirak etdiyi sessiya çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə potensialın genişləndirilməsi üzrə birgə səylərin əhəmiyyəti qeyd edilib, qərarlılıq, milli və beynəlxalq səviyyədə təhsil, təlim vasitəsilə antikorrupsiya mühitinin qurulması təşəbbüslərinə tam dəstək ifadə olunub.

Hesabat dövründə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilib, ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaranıb.

“Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında 2014-cü il 14 fevral tarixli qanunlar və həmin qanunların tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 2014-cü il 17 mart tarixli Fərman və sərəncamları ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adı ilə əvəz olunub, eyni zamanda statusu artırılmaqla səlahiyyətləri daha da genişləndirilib.

Bununla yanaşı, Azərbaycan Prezidentinin 2014-cü il 24 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanında dəyişikliklər edilərək Baş İdarə əməkdaşların ştat vahidi 100-dən 140-a çatdırılıb.

Bildirilib ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyənləşdirib, eyni zamanda, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də fəaliyyətini uğurla davam etdirib.

Həmin müddət ərzində Baş idarə tərəfindən vətəndaşların 3194 müraciətinə baxılıb, həmçinin 218 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 82 faizi üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Baş idarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 4945 müraciət daxil olub, həmin müraciətlərin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa olunubaşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilib.

Ötən il ərzində Baş idarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 807, Baş idarə rəisi tərəfindən isə 139 vətəndaş qəbul edilməklə ərizələri alınıb. Həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılaraq obyektiv qərarların qəbul edilməsi təmin olunub.

Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş idarənin əməliyyat qurumları tərəfindən 584 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 11 cinayət işi başlanıb.

2014-cü ildə Baş idarənin istintaq şöbəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 16 şəxs barəsində 9 rüşvət alma (passiv rüşvətxorluq), 5 şəxs barəsində 4 rüşvət vermə (aktiv rüşvətxorluq), 43 şəxs barəsində 22 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 6 şəxs barəsində 6 vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 6 şəxs barəsində 3 vəzifə saxtakarlığı, 5 şəxs barəsində 4 səhlənkarlıq, 134 şəxs barəsində 79 qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 95 şəxs barəsində 59 qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 14 saxta sənədlərdən istifadə etmə, 2 şəxs barəsində 2 isə digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 76 milyon 165 min 41 manat ziyandan istintaq müddətində 54 milyon 885 min 691 manatya 72 faizi ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Ötən il ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində Baş idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Belə ki, əhalinin sosial müdafiəsi, səhiyyə, yerli icra orqanları və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilib. Habelə bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində Baş idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib. 2014-cü il ərzində GRECO ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilib.

Ötən il aprelin 15-dən 18-dək GRECO-nun ekspertləri tərəfindən Azərbaycan Respublikasına 4-cü raund dəyərləndirmə missiyası həyata keçirilib. Dəyərləndirmə missiyası çərçivəsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin, Milli Məclisin və Məhkəmə-Hüquq Şurasının üzvlərinin, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər instansiya məhkəmələrinin hakimlərinin, müvafiq nazirliklərin məsul əməkdaşlarının, ali təhsil müəssisələrinin müəllim heyətinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib.

Ötən il oktyabrın 6-dan 10-dək Strasburq şəhərində keçirilmiş GRECO-nun 65-ci plenar iclasında Azərbaycanın 4-cü raund dəyərləndirməsi üzrə hesabat layihəsi dinlənilib, ölkəmizdə anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, habelə deputat, hakim və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması ilə bağlı məsələlərə dair tövsiyələr verilib.

Hesabat dövründə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Ötən il yanvarın 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində OECD Katibliyinin məsul əməkdaşlarının iştirakı ilə qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimatı keçirilib.

Hesabat ilində Azərbaycan Respublikası Baş Prokurorluğunun və Hərbi Prokurorluğun təşkilati üzvüiki yüzdən artıq prokurorluq əməkdaşının fərdi üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq daha da inkişaf etdirilib. Ötən il aprelin 7-dən 10-dək qurumun prezidentiAvstriya Prokurorlar Assosiasiyasının prezidenti Gerhard Yaroş nümayəndə heyəti ilə birlikdə, həmçinin yanvarın 21-dən 24-dək Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının böyük prokuroru Elizabet Hou ölkəmizdə işgüzar səfərdə olublar.

Ötən il Baş idarə tərəfindən həmçinin Dünya Bankı, Demokratiyaİqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Avropa İttifaqının Şərq Tərəfdaşlığı, Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməklə Baş idarə əməkdaşları həmin istiqamətlər üzrə konfrans, seminar, treninq, təlim və dəyirmi masalarda fəal iştirak ediblər.

Baş idarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib. Baş idarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində məqalələr dərc olunub.

Dövlətimizin başçısı İlham Əliyevin rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıq və tövsiyələrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin olunacaq.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2014-cü il ərzində gördüyü işləri müsbət dəyərləndiriblər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Mətbuat konfransının sonunda korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri çərçivəsində Baş idarə tərəfindən hazırlanaraq nəşr edilmiş metodiki vəsaitlərin təqdimatı keçirilib. Həmin nəşrlər tədbir iştirakçılarının böyük marağına səbəb olub.

 

Azərbaycan.-2015.- 16 yanvar.- S.6.