“The Guardian” qəzeti Azərbaycan səfirinin cavab məktubunu dərc edib
Britaniyanın “The Guardian” qəzeti ötən nömrələrinin birində
Dağlıq Qarabağ
ərazisinə turistik
səyahətlə bağlı
məqalə dərc etmişdi. Azərbaycanın Böyük Britaniyadakı
səfiri Tahir Tağızadənin qəzetdə
həmin məqaləyə
cavab məktubu dərc olunub.
Səfir qeyd edib ki,
Dağlıq Qarabağ
Azərbaycanın beynəlxalq
səviyyədə tanınan
ərazisidir və hazırda erməni silahlı qüvvələrinin
işğalı altındadır. Bu ərazinin turistik zona kimi təqdim
edilməsi həm beynəlxalq qanunlara, həm də Azərbaycan xalqına ən azı hörmətsizlikdir. Həmçinin bu, işğal altında olan ərazini nəzarətdə
saxlamaq üçün
təcavüzkarı təşviq
etmək, yüz minlərlə qaçqın
və məcburi köçkünün hüquqlarını
tapdalamaqdır.
Cavab məktubunda
vurğulanır ki,
“The Guardian” separatçı rejimlərə qarşı
öz mövqeyini bildirən bir mətbuat qurumudur. Eyni həssaslığın
Azərbaycana da göstərilməsi vacibdir.
Britaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa və Azərbaycanın işğal
altında olan digər ərazilərinə
səyahətlə bağlı
xəbərdarlıq edib. Bu ərazini “səyahət zonası” adlandırması
dezinformasiyadır və
ictimaiyyəti yanıltmaq
deməkdir. Nəzərə alınmalıdır ki, Azərbaycanın işğal
altındakı torpaqlarına
icazəsiz girənlər
gələcəkdə ölkənin
digər ərazilərinə
səyahət etməkdən
məhrum olunurlar.
Orxan İsmayılov
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2015.- 16 yanvar.- S.6.