Heydər Əliyev Mərkəzinin
fotoları “Memarlıq Fotoqrafiya
Mükafatları 2014” müsabiqəsində
birinciliyə layiq görülüb
Heydər
Əliyev Mərkəzinin fotoları “Memarlıq Fotoqrafiya
Mükafatları 2014” müsabiqəsində birinciliyə layiq
görülüb.
Britaniyanın
“Archaid Image” təşkilatı və “STO” şirkətlər
qrupu tərəfindən keçirilən müsabiqənin
qalibi Sinqapurda Ümumdünya Memarlıq Festivalı çərçivəsində
britaniyalı fotoqraflar Hufton və Crow cütlüyü elan
edilib.
Məşhur
fotoqraflar “interyer” nominasiyasına Heydər Əliyev Mərkəzinin
möhtəşəm iç dizaynını çəkməklə
birinciliyə layiq görülüblər. Fotoqraflar Heydər
Əliyev Mərkəzinin gözoxşayan xarici
görüntüsünü çəkməklə də
festivalın “eksteryer” nominasiyasında qalib elan ediliblər.
Qalib
fotolar arsında Birləşmiş Ərəb Əmirlikləri,
İspaniya, Portuqaliya və başqa ölkələrdə
çəkilmiş şəkillər də var.
Festivalda qalib olan fotolar
16 yanvar-28 fevral tarixlərində
Londonda sərgilənəcək.
Azərbaycan.-2015.-
16 yanvar.- S.12.