Bu il ərzaq təhlükəsizliyinin daha etibarlı

təminatında növbəti mərhələ olacaq

 

2015-ci il “Kənd təsərrüfatı ili”dir

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin imzaladığı 12 yanvar 2015-ci il tarixli sərəncamla cari il “Kənd təsərrüfatı ili” elan edilib. Sərəncamda deyilir: “Həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklariri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir”.

Aqrar sektorda islahatların aparılması istiqamətində hüquqi baza böyük əhəmiyyət daşıyır. Odur ki, kənd təsərrüfatında islahatlara başlanandan sonra bu sahədə çalışan fermerlərin xeyrinə bir sıra qanun və qərarlar qəbul edildi. Prezidentin adıçəkilən sərəncamı da bu sahədə hüquqi bazanın təkmilləşdirilməsinə və aqrar sektorun inkişaf konsepsiyasının dəqiq hazırlanmasına hesablanıb.

Bugünün kənd təsərrüfatı işçisi təkcə ölkədaxili tələbatın ödənilməsi üçün məhsul istehsal etmir. Daxili tələbatın ödənilməsi vacib olduğu kimi, dünya bazarına məhsul çıxarılması da önəmlidir. Buna görə qəbul olunan qanunlar daim təkmilləşdirilir və yeniləri qəbul edilir. Elə dövlət başçısının 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı və 16 aprel 2014-cü il tarixliAqrar sahədə idarəetmənin təkmilləşdirilməsiinstitusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı da bu məqsədə xidmət edir.

Uğurla həyata keçirilən aqrar islahatlar sayəsində bölgələrdə iri fermer təsərrüfatları fəaliyyət göstərir. Nəticəsi çox uğurludur. Məsələn, kiçik təsərrüfatlarda məhsuldarlıq 20-25 sentner olduğu halda, iri fermer təsərrüfatlarında bu göstərici 50 sentnerə çatır. Fərq göz qabağındadır. Buna görə də hazırda 12 rayonun ərazisində ümumilikdə 30 min hektaradək sahədə 15 sahibkarlıq subyektinə məxsus 19 iri fermer təsərrüfatının yaradılması və onların zəruri infrastrukturla təmin edilməsi istiqamətində işlər aparılır.

Ümumiyyətlə, ölkəmizdə dövlət səviyyəsində aqrar sektorun inkişafına daim diqqət göstərilir. Bu məqsədlə müxtəlif layihələr həyata keçirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə demişdir: “Bunlar bilavasitə ərzaq təhlükəsizliyi ilə bağlı olan layihələrdir. Biz keçən ilgörmüşük ki, ərzaq təhlükəsizliyi ilə bağlı olan planlarımız vaxtında müəyyən olunmuşduricra edilməyə başlanmışdır. Çünki ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq, biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq. Çünki keçən ilbiz görmüşük ki, bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulmuşdur. Yəni özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcəkdir”.

Eyni zamanda aqrar sektorun inkişafı üçün dövlət tərəfindən böyük güzəştlər olunur və bunların siyahısı hər il genişləndirilir. Məsələn, son vaxtlar kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan gübrəyə görə verilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəlib və hər hektara büdcə vəsaiti hesabına verilən güzəştin həddi 50 manatdan 80 manata çatdırılıb. Həmçinin təsdiq edilmiş yeni qaydalara əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan texnikaların dəyərinə 40 faiz həcmində güzəşt tətbiq olunub. Fermerlərə güzəştli şərtlərlə toxumcins mal-qara da verilir. Xatırladaq ki, hazırda aqrar sektorda çalışan sahibkarlar torpaq vergisindən savayı, bütün növ vergilərdən azad edilmişlər.

Onu da qeyd edək ki, aqrar sektora olunan güzəştlər, həyata keçirilən islahatlar nəticəsiz qalmır. İslahatların başlandığı 1995-ci ildə taxıl istehsalı 921 min tondan 2013-cü ildə 2 milyon 995 min tona, kartof istehsalı 155 min tondan 993 min tona, tərəvəz istehsalı 424 min tondan 1 milyon 236 min tona, bostan məhsulları 42 min tondan 330 min tona, ət istehsalı 109 min tondan 298 min tona, süd istehsalı 826 min tondan 1 milyon 820 min tona, yumurta istehsalı 455 milyon ədəddən 1 milyard 401 milyon ədədə çatmışdır. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdiyi vaxt ət və süd məhsulları ilə özünütəminat səviyyəsi təqribən 30-35 faiz təşkil edirdisə, hazırda ölkənin bu məhsullar üzrə özünütəminat səviyyəsi müvafiq olaraq 92 və 76 faizdir. Yaxud başqa bir fakt: həmin dövrdə ölkənin kartofa olan tələbatını ödəmək üçün onu xaricdən gətirirdiksə, indi hər il 50 min tondan çox kartof ixrac edirik.

Sözsüz ki, Prezidentin sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ilielan olunması və bununla bağlı həyata keçiriləcək tədbirlər ölkədə məhsul istehsalının və aqrar sektorun ixrac potensialının artmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə əlavə imkanlar yaradacaq.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2015.- 17 yanvar.- S.3.