Azərbaycan 2015-ci ilə qlobal böhrandan sığortalanmaqla qədəm qoyub

 

 

Uğurla həyata keçirilən siyasətin nəticəsi olaraq Azərbaycan qısa zaman ərzində demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkana, beynəlxalq birliyin layiqli üzvünə, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən böyük əzm və məharətlə davam etdirilməsi ölkəmizdə bir neçə onilliyə bərabər yüksəlişi təmin edib.

Bəli, Azərbaycanın bugünkü müasir, moderndemokratik yüksəlişinin əsasları vaxtilə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyən edilib, konturları cızılıb. Ulu öndərin əsasını qoyduğu bu siyasətin layqincə reallaşması, Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti, xarizması, yüksək siyasiliderlik kefiyyətləri ilə həyata vəsiqə alması, ölkəmizdə qlobal siyasiiqtisadi çağırışlara düzgün adekvat münasibətin ortaya qoyulması dünya nizamında yeni Azərbaycanı reallığa çevirib. Regiondadünyada baş verən hadisələri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəldən, bu məqsədlə praqmatik, rasional qərarlar qəbul etməyi bacaran, proseslərin inkişaf axarını qabaqlayan Prezident İlham Əliyev ölkəmizin dinamik inkişafına nail olmaqla yanaşı, dünya birliyində mövqelərini də xeyli dərəcədə gücləndirməyə nail olub. Bunun nəticəsidir ki, indi beynəlxalq birlik Azərbaycanın çox mühümciddi regional gücə çevrildiyini həm dərk, həm də etiraf edir. Yerləşdiyi bölgənin lideri olan Azərbaycanın iradəsindən kənar Cənubi Qafqaz regionunda hansısa transmilli layihənin reallaşmasından söhbət belə gedə bilməz. Məhz Azərbaycanın təşəbbüsü, iştirakı və söz sahibliyi ilə həyata keçirilən layihələr bölgənin iqtisadi mənzərəsində son illərdə çox mühüm korrektlər etməklə dəyişikliklərə, yüksəlişə yol açıb.

 

Qarşıya qoyulan bütün vəzifələr icra edilib

 

Arxada qoyduğumuz 2014-cü ilin hər bir sahə üzrə yekunları da Azərbaycanın möhtəşəm uğurlarından, o cümlədən sosial-iqtisadi nailiyyətlərini davam etdirməsindən, dünyada artan nüfuzundan, regional iqtisadi məsələlərin həllində əvəzolunmaz iştirakından xəbər verir. Bu dövrün də ən səciyyəvi cəhətlərindən biri hər bir sahənin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yolların dəqiq müəyyən edilməsi olub. Xüsusən ötən ilin iqtisadi yekunları Azərbaycanın getdikcə daha qüdrətli bir ölkəyə çevrildiyini göstərir. Bunu şərtləndirən əsas amil ölkə iqtisadiyyatında artımın olmasıdır. Elə bu məqam da Azərbaycanda iqtisadi inkişafın hər hansı bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıdığını yenidən bariz şəkildə təsdiq edir. Ən mühüm cəhət isə ondan ibarətdir ki, ötən ilin yekunları ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi siyasətin özünü tam doğrultduğunu konkret faktlar əsasında meydana çıxarır. Çünki hesabat dövrü ərzində qeyri-neft sahəsinin inkişaf səviyyəsi əhəmiyyətli dərəcədə yenə yüksəlib. Bütün bunlar Azərbaycanın seçdiyi inkişaf yolunun tam düzgün olduğunu, zamanın tələblərinə cavab verdiyini, ölkənin qazandığı uğurların miqyasının daha da genişlənməsinə xidmət etdiyini, iqtisadi islahatların düzgün aparıldığını göstərir. Bütün bu məsələlər yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı müzakirə edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib: “Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. 2014-cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaqdır. Düz bir il bundan əvvəl biz keçən ildə görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparmışdıq, qarşıya mühüm vəzifələr qoyulmuşduil ərzində çox gərgin aparılmışdır. Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedirdi. Gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdir, iqtisadisosial proqramlar icra olunmuşdur. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır”.

 

Mühüm nailiyyətlərdən biri vətəndaşların böhranın təsirini hiss etməməsidir

 

Məlum olduğu kimi, hələ 2008-ci ildən başlanan beynəlxalq maliyyə-iqtisadi böhranı Azərbaycanı ciddi sınağa çəkdi. Bəzi ölkələrdə minlərlə insan yerini itirməli oldu, bəzi ölkələrdə makroiqtisadi göstəricilər sürətlə aşağı düşdü, bəzi ölkələr isə özünün bütün valyuta ehtiyatları ilə vidalaşmalı oldu. Böhran Azərbaycana da təsirsiz ötüşmədi. Lakin səmərəli antiböhran tədbirlərinin nəticəsində onun mənfi təsirlərini minimuma endirmək mümkün oldu. Prezident İlham Əliyevin tapşırığı və göstərişləri ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər və əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial nəticəsində ölkəmizdə böhranın mənfi təsirləri dərindən hiss olunmadı və Azərbaycan qlobal maliyyə-iqtisadi böhranından minimum itki ilə çıxdı. Beləliklə, dünyanın ən inkişaf etmiş ölkələri ciddi iqtisadi sarsıntılara məruz qaldıqları halda, Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığı təmin edildi, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxdı. Ən əsası isə odur ki, aparıcı ölkələr 2008-ci ildən bu yana böhranla üzləsdikləri problemlərini həll etdiyi bir vaxtda, Azərbaycan hər il dayanıqlı inkişafa yönəlmiş strateji vəzifələri tam olaraq həyata keçirdibunun nəticəsi olaraq makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada öncül yerlərdə qərarlaşdı.

2014-cü ildə bütün dünyada iqtisadi proseslərin dəyişkən qlobal konyunktur şəraitində davam edəcəyi gözlənilirdi. Düzdür, ötən il qlobal miqyasda dünya iqtisadiyyatında artım baş verib, lakin bu, müxtəlif regionlar üzrə qeyri-bərabər gedib. Bəzi ölkələrdə, xüsusilə avrozonada borc probleminin hələ də qalması, makroiqtisadi siyasətin stimullaşdırıcı imkanlarının tükənməsi iqtisadi artımı məhdudlaşdırıb. İnkişaf etməkdə olan ölkələrdə də iqtisadi artım perspektivləri zəifləyib. Yaranmış yeni meyilləri nəzərə alaraq, Beynəlxalq Valyuta Fondu da bir çox ölkələr üzrə iqtisadi artım proqnozlarını aşağı salıb.

Cənab Prezidentin sitatından da göründüyü kimi, ötən il dünyada müxtəlif proseslər gedib. Təbii ki, bunlardan biri illər öncə baş qaldıran beynəlxalq maliyyə və iqtisadi böhran hələ tam səngiməmiş xam neftin qiymətinin aşağı düşməsinin yaratdığı beynəlxalq gərginlikdir. Son aylarda dünyada neftin qiymətində baş verən dəyişikliklər bəzi ölkələrdə yeni iqtisadi böhranın baş qaldırmasına, maliyyə çatışmazlığına, milli valyutanın dəyərdən düşməsinə, qiymətlərin artımına səbəb olub. Təbii ki, bu kimi böhranlar həm də insanların sosial durumuna mənfi təsir göstərir. Bu iqtisadi sarsıntılar qonşuluğumuzda olan bir sıra ölkələrdə yaşansa da, Azərbaycan bu kimi risklərdən uzaqdır. Düzdür, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya şəratində inkişaf etdiyindən qlobal iqtisadi böhranın da ölkəmizə təsiri qaçılmaz idi. Lakin vaxtında qabaqlayıcı tədbirlərin görülməsi, düzgün iqtisadi siyasətin yeridilməsi Azərbaycanın iqtisadi böhrandan uğurla çıxmasını şərtləndirən əsas səbəblərdir. Ötən illərdə Azərbaycanda iqtisadi inkişafın kifayət qədər maliyyələşdirilməsi, neft gəlirlərini başlıca sosial-iqtisadi problemlərin həllinə yönəltməklə yanaşı, ölkənin çox yüksək yığım səviyyəsi, yaradılan strateji valyuta ehtiyatları neftin qiymətindəki dəyişikliklərdən asılı olmayaraq inkişaf tempini saxlamağa imkan verir. Nazirlər Kabinetinin iclasında bu məsələyə toxunan Prezident İlham Əliyev deyib: “Dünyada neftin qiyməti kəskin şəkildə, 2 dəfədən çox aşağı düşmüşdür. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir edəcək. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlardaha da səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində əminəm ki, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir”.

Konkret araşdırmalar göstərir ki, Azərbaycan dövləti dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı yaranacaq itkilərini örtmək üçün kifayət qədər valyuta ehtiyatlarına və inkişaf imkanlarına malikdir. Ən əsası isə odur ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycan dövlətinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər Azərbaycanda öz bəhrəsini verir. Belə ki, beynəlxalq gərginlik fonunda Azərbaycanda inflyasiyanın səviyyəsinin 1,4 faiz təşkil etməsi, manatın məzənnəsinin sabit qalması insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, alıcılıq qabiliyyəti artır. Məlum olduğu kimi, ötən il bir sıra ölkələrdə müəyyən xaricidaxili amillərin təsiri altında milli valyutaların böhranı baş verib. Nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi devalvasiyaya uğrayıb. Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşıb. Təbii ki, milli valyutanın məzənnəsinin sabitliyi hər bir ölkədə makroiqtisadi və maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm amilidir. Bu mənada 2014-cü ildə qonşu ölkələrdə gedən mürəkkəb proseslərlə bağlı yaranmış psixoloji təzyiqlərə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində manatın məzənnəsinin sabit saxlanılması ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin göstəricisidir.

 

Ötən il ermənilər də Azərbaycanın gücünü hiss etdilər

 

Bu gün Azərbaycanın ən ağrılı problemi torpaqlarımızın işğal altında olmasıdır. Ermənistanın yeritdiyi təcavüzkar siyasət isə bütün region üçün təhlükə mənbəyidir. Məsələnin təəssüf doğuran tərəfi isə bu proseslərin, xüsusən Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqenin Avropanın və dünyanın gözü qarşısında baş verməsidir. Avropadakı mövcud münaqişələri qəti şəkildə aradan qaldıran beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, ikili standartlardan çıxış etməsi, işğalçını öz adı ilə çağırmaması nə qədər acı olsa da, gözümüzün önündə baş verən reallıqdır.

Problemin yoluna qoyulması ilə bağlı rəsmi Bakının təklifləri konstruktivdir. Bu ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı Ermənistanın hərbi qüvvələri zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalıdırlar. Öz ata-baba yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız isə doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın gələcək statusu barədə danışmaq olar. Azərbaycan hələlik sülh danışıqlarına sadiqdir. Amma səbrin də bir həddi var. Bu mənada Prezident İlham Əliyevin istər ictimaiyyət nümayəndələri, istərsə də hərbçilərlə keçirdiyi görüşlərində Dağlıq Qarabağ problemi ilə bağlı prinsipial mövqedən çıxış etməsi və bu məqsədlə ordu quruculuğu ilə bağlı həyata keçirilən konkret tədbirlərdən, xüsusilə müvafiq yöndə əldə olunan uğurlardan danışması Azərbaycanın ərazilərini işğaldan azad etmək üçün kifayət qədər güclü potensiala malik olmasından xəbər verir.

Ötən il aparılan sülh danışıqları nəticəsiz qalsa da, Ermənistan Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Avqust ayında cəbhədə böyük itkilər verən ermənilər noyabr ayında hərbçilərimiz tərəfindən hərbi helikopterin vurulmasından sonra Azərbaycanın gücünü bir daha hiss etdilər. Ən əsası bütün dünya gördü ki, Azərbaycan sülh danışıqları tükənərsə, hər an torpaqlarını hərb yolu azad etməyə hazırdır və qadirdir. Nazirlər Kabinetinin iclasında bu barədə danışan Prezident İlham Əliyev deyib: “Danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, mən hesab edirəm ki, keçən il Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görmüşdür - həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında. Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar. Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun oradaişi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər bunaüçün biganə yanaşırlar? Bax, bu suallar ritorik suallardır. Biz biliriküçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik”.

Ermənistan səfalət və dilənçi kökündə yaşayan bir forpostdur. Onun təkbaşına Azərbaycanla müharibə aparmağagücü, nə də hünəri çatar. Reallıq sadəcə ondan ibarətdir ki, terrorçu hakimiyyətin idarə etdiyi Ermənistanın əsl sahibləri başqalarıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil və əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi.

Bütövlükdə, 2014-cü il Azərbaycan üçün növbəti uğurlu mərhələ kimi tarixə düşdü. Dünyada davam edən və yeni formaları meydana çıxan iqtisadi böhran şəraitində Azərbaycanın ili uğurlarla tamamlaması həyata keçirilən inkişaf siyasətinin düşünülmüş əsaslarının olmasından xəbər verir. Hər bir sahə üzrə əldə olunan inkişaf 2015-ci ildə də davam etdiriləcək və ölkəmiz bu ilimühüm inkişaf göstəriciləri ilə başa vuracaq.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 17 yanvar.- S.3.