Ovçu insaf elə, keçmə bu düzdən”

 

Ov ovlayıb, quş quşlamaq” yaxşıdır, amma mövcud qanunqaydalar çərçivəsində

 

Bu gün ovçuluğa maraq göstərənlər az deyil. Belələri ov etmək üçün təbiətin qoynuna çıxır, onunla təmasda olurlar. Bu da onlara müəyyən müddət qayğılardan uzaqlaşmağa şərait yaradır, xüsusi zövq verir. Xoşbəxtlikdən ölkəmizin təbiəti zəngin, flora və faunası rəngarəngdir. Yəni, ovçuların həmişə zövq almaları üçün hər cür imkan var. Məsələnin digər maraqlı, daha doğrusu, vacib tərəfi isə təbiətdən bu zövqü almaq üçün həmin flora və faunanı qoruyub saxlamaq, onlardan müəyyən olunmuş qanunqaydalar çərçivəsində faydalanmaqdır. Deməli, ov etmək istəyirsənsə, ilk növbədə, ovçulqla bağlı xüsusi qaydaları öyrənməlisən. Hansı heyvanı, harada və nə qədər, ilin hansı vədəsində ovlayacağını bilməlisən!

Ov mövsümünün başlamasından xeyli keçsə də, bu mövzuya toxunmağımıza səbəb redaksiyamıza sözügedən məsələ ilə bağlı ünvanlanan müraciətlər oldu. Demək olar ki, hər mövsümdə bu mövzu ilə bağlı bölgələrdən, ayrı-ayrı şəhər və kəndlərimizdən məktublar alırıq. Bu yaxınlarda Salyan şəhərindən Nüsrət Əhmədov, Ağalar Babayev, Cəlil Quliyevdaha bir neçə ovçunun imzası ilə bir məktub aldıq. Məktubun qısa məzmunu belədir: “...10 ilə yaxındır ki, ovçuluq hüququndan məhrumuq. Hər il ov mövsümü başlayanda fikirləşirik ki, yəqin bu mövsüm ov etməyə icazə verərlər. Ancaq hər dəfə ov üzünə həsrət qalırıq, necə deyərlər, arzumuz ürəyimizdə qalır. Bizdə narahatlıq yaranır ki, ölkədə ovçuluq üçün hər bir şərait var, bəs niyə ov etməyə qadağa qoyulub?”

Sonra şikayətçilər məktubda ova qadağanın çöl quşları və digər vəhşi heyvanlar arasında xəstəlik yayılması haqqında olan söz-söhbətlərlə əlaqələndirərək bundan dolayı hər növ ova qadağa qoyulduğunu yazır və ciddi narahatlıq keçirdiklərini bildirirlər.

Ovçu - ovçuluq fəaliyyətini həyata keçirmək üçün müəyyən edilmiş qaydada ovçuluq biletiov etmək üçün icazəsi olan fiziki şəxsdir. Ölkəmizin ərazisində ovçuluğunovçuluq təsərrüfatlarının təşkili və digər hüquqi əsasları “Ovçuluq haqqında” Azərbaycan Respublikasinin qanunu ilə tənzimlənir. Məqsəd ölkə ərazisində dövlət ov fondunu qoruyub saxlamaqla ovçuluq fəaliyyətini səmərəli təşkil etmək, təbii sərbəstlik və yarımsərbəst şəraitdə daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin mühafizəsini, artırılmasını və digər bu kimi məsələləri tənzimləməkdir.

Qanunda göstərilir ki, ovçuluğa icazə ov mövsümündə fizikihüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsuluyeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Bu fəaliyyət yuxarıda qeyd etdiyimiz kimi, ovçuluq biletiov etmək üçün verilən icazə sənədi əsasında həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir. Ovçu üçün vacib olan digər bir sənəd isə Ovçular Cəmiyyətinə üzv olduğunu təsdiq edən üzvlük biletidir. Həmin sənəd Ovçular Cəmiyyəti tərəfindən verilir. İstər ovçuluğun həvəskar və idman ovu (ov məhsullarının əldə edilməsindən gəlir məqsədi daşımayan ov növü) olsun, istərsə də digər ovçuluq sahələri, qanunda nəzərdə tutulmuş qaydalar hər iki halda eyni səviyyədə tətbiq edilir. Eyni zamanda, qanunda o da vurğulanır ki, 18 yaşına çatmamış, habelə məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxslərin ovçuluqla məşğul olması yolverilməzdir. Digər bir vacib məsələ isə ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində istifadəsinə xüsusi icazə verilmiş ov silahlarının (odluya soyuq) müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməsi və bunun ovçuluq biletində qeyd olunmasıdır.

Göründüyü kimi, qanunda ovçuluqla bağlı bütün müddəalar göstərilib. Deməli, hər hansı bir ovçunun ov etmək hüququnun dayandırılması qanunda göstərilən tələblər və normalar pozulduğu halda mümkündür. Məsələn, hər il üçün üzvü olduğu Ovçular Cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə, ov etmək üçün verilmiş icazənin müddəti qurtardıqda, vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda, heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda və s. Ovun vaxtına və ov obyektinə aid edilən vəhşi heyvanların ayrı-ayrı növlərinin ov mövsümündə tutulması, yaxud vurulması normasına (sayına) gəldikdə isə bu da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, ölkə ərazisində 2014-2015-ci illər üçün ov mövsümü 31 may 2014-cü il tarixindən etibarən açıq elan edilib. Öv növünə aid heyvanların - dağ keçisi, qaban, dovşan, bataqlıq qunduzu (nutriya), çaqqal və digərlərinin ovlanma dövrü, sayı müəyyən olunub. Onlardan yalnız çaqqalyenotun saylarının tənzimlənməsi məqsədilə il boyu ovlanmasına icazə verilib. Həmçinin vəhşi heyvanların sayının tənzimlənməsi üçün ov edilməsinə icazə verilən müvafiq ov sahələri və ovçuluq təsərrüfatları da müəyyənləşib. Təkə - Zaqatala, Şəki, Qax, Quba, İsmayıllı, Oğuz; qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı; dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı və s. ərazilərdə ovlana bilər. Bunlarla bərabər sərhəd bölgələrində - Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, o cümlədən Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib. Eyni zamanda, əhalinin sağlamlığını mühafizə və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması qaydası və limitləri də nəzarətdə saxlanılır.

Nazirlikdən onu da bildirdilər ki, “quş qripinin qarşısının alınması üçün Nazirlər Kabineti yanında fəaliyyət göstərən müvafiq komissiya tərəfindən quş ovuna qadağa qoyulub. Hətta 2005-ci ildə bu istiqamətdə qoyulan məhdudiyyət sonra ləğv olunsa da, 2010-cu ildə qadağa yenidən bərpa edilib.

Ov bir “xəstəlik”, bitməyən bir həvəsdir. Lakin hər bir ovçu ova çıxarkən öz istirahətini və marağını təmin etməklə bərabər, həm də ölkəmizin təbiətinin, onun canlı aləminin qayğısına da qalmalıdır. Yalnız belə olduğu halda nə onların ovları tükənəcək, nə də problemləri yaranacaq.

 

Elnur HADIYEV,

Azərbaycan.-2015.- 17 yanvar.- S.7.