“Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq
münasibətləri və tərəfdaşlıq
haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” 2014-cü il sentyabrın 12-də Bakı şəhərində imzalanmış Birgə Bəyannamə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il
Azərbaycan.-2015.- 18 yanvar.- S.1.