Bu cansız maşınların günahı nə idi?

 

Tarixin qan yaddaşı:20 yanvar faciəsindən 25 il keçir

 

Əliyalın dinc əhalinin adını ekstremist qoyub ünvanına yüz cür böhtan dedilər. Qanlı Yanvar gecəsindən sonra Moskva radiosuqara məni basınca, mən qaranı basım” prinsipi ilə hadisələrə öz mənafeyinə uyğundon geyindirdi”. Guya Bakıda ekstremistlər sovet ordusunun əsgər və zabitlərini qətlə yetiriblər.

Amma heç soruşan yox idi ki, axı əsgərin, zabitin gecə yarısı dinc şəhərin küçələrində nə işi vardı?! Onları kim və nə üçün göndərmişdi? Yaşayış evlərinin pəncərələrinə, eyvanlarına tuşlanan güllələrlə öldürülmüş günahsız qocalar, əli oyuncaqlı uşaqlar da  ekstremist idi? Hərçənd qətlə yetirdikləri neçə-neçə gəncin də heç biri o azğınlaşmış cəlladlara “gözün üstə qaşın var” deməmişdi. Əksinə, onlar küçələrə çıxmışdılar ki, silahlar sussun, şəhərə hərbi texnika gəlməsin.

Nəhayət, bax bu xıncım-xıncım edilmiş maşınların günahı nə idi? Cansız texnika da ekstremist idimi? Yox! Sadəcə olaraq tankları idarə edənlərə, əli silahlılara belə tapşırıq verib göndərmişdilər: qabağına çıxan kim varsa - hamısını əz, biç, məhv et.  Bu tapşırığı isə vəhşi verə bilərdi vəhşilər icra etdi.

 

 

Azərbaycan.-2015.- 18 yanvar.-  S.4.